Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SALYANIN BAŞÇISI HARDA QALIB Kİ?..

SALYANIN BAŞÇISI HARDA QALIB Kİ?..


11-06-2013, 10:24
SALYANIN BAŞÇISI HARDA QALIB Kİ?..
ŞİKAYƏTÇİ PREZİDENTDƏN GÖRÜŞ İSTƏDİ

Salyan sakini, əmək veteranı Soltan İsmayılov prezident İlham Əliyevə müraciət edib. “Media forum” saytına göndərdiyi məktubda Soltan İsmayılov yazır ki, rayon qaz istismar sahəsi sənədləri saxtalaşdıraraq ona əlavə borc yazıb və məhkəməyə müraciət edib:

“Məhkəmə yeganə gəlirim olan təqaüdümün 50 faizini tutaraq məni acınacaqlı vəziyyətə saldı. Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmə hakimin qərarını ləğv etdi və yenidən baxılması üçün işi Salyan Rayon Məhkəməsinə göndərdi. Amma rayon məhkəməsi mənim iddiama baxmır.

“Azəriqaz”da, Prezident Administrasiyasında, Salyan Rayon Prokurorluğunda olmuşam. Dəfələrlə Baş Prokurorluğa müraciət etmişəm. Artıq müraciət etməyə yerim qalmayıb, odur ki, Sizə üz tuturam. Xahiş edirəm məni 3 dəqiqəlik qəbul edin. Yazdıqlarımı Sizə çatdırmırlar”.

Geri qayıt