Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ HƏSƏNOV QAN BAHASINA ÖZÜNƏ VİLLA TİKDİRİR

ƏLİ HƏSƏNOV QAN BAHASINA ÖZÜNƏ VİLLA TİKDİRİR


10-06-2013, 12:59
ƏLİ HƏSƏNOV QAN BAHASINA ÖZÜNƏ VİLLA TİKDİRİR
ONLARLA AİLƏNİN HAQQINI YEMƏK OLARMI?

DİA.AZ: - Məmurların əmlakları haqqında çox yazılıb çox deyilib. Onların milyonlarla pul xərcləyib tikdirdiyi villa və digər obyektlər rləcədə özlərinə tikdirdiyi obyektlərin yerlərini qeyri qanuni zəbt etməsi və vətəndaşların mülki hüquqlarının pozulması artıq Azərbaycanda adi hal alıb.

DİA.AZ-a Prezident Admistrasiyasının şöbə müdri Əli Həsənovun Quba rayonunda tikdirdiyi villa ilə bağlı ilginc faktlar və fotolar ötürülüb. Məlumata görə, Əki Həsənovun bu villası 20-yə yaxın yerli sakinlərin hühüqlarının pozulması hesabına başa gəlib.

Qubada məşhur “Turan”restoranının 5 hektar ərazisi və Qubada bazar ərazisində “meşə dibi”kimi tanınan yeni məhəllədə 20 ailənin evini uçurdaraq yerində milyonlarla manata başa gələn villa inşa etdirib. Yerli sakinlər bildirir ki, 20 evin dagıdaraq yerində dəb-dəbəli villa tikən Əli Həsənovdur. “Turan” restoranını da sökdürən Ə.Həsənov orada hazırda böyük bir tikinti işi apartdırır. Maraqlı cəhət ondan ibarətdir ki, Əli Həsənovun adamları evləri uçulan sakinlərə əvvəl onların dediyi məbləği verməyə boyun olsalar da, evlər söküləndən sonra onları alladıb deyilən məbləği verməyiblər.

Bundan əlavə keçmi. müdafiə nazirinin qardaşı Yunusa məxsus “Turan” restoranının 5 hektar ərazisini 750 min manata almağa razılıq verən Əli Həsənov sonradan yerli sahibkarı da alladıb, deyilən məbləgi verməyib. Bununla da hazırda 20 ailə və bir sahibkarın narazılıqları baş verib. Rayondakı mənbəmiz DİA.AZ-a bildirir ki, Əli Həsənov özü həftədə bir dəfə rayona təşrif buyrur, aparılan tikinti işləri ilə maraqlanır: “O, rayonda olanda evləri sökülən sakinlər dəfələrlə görüşməyə cəhd etsələr də, buna yerli hakimiyyət nümayəndələri və tikintini aparanlar imkan verməyiblər”.

Məlumata görə, Əli Həsənovun ötən həftə gəlişində hüquqları pozulan yerli sakinlər yolu kəsmək istəsələr də, bunun da qarşısıs alınıb. Məlumatı bizə bildirən mənbəmiz villanın və aparılan tikinti işləri zamanı çəkilən fotoları da bizə yollayıb. Həmin fotoları sizə təqdimn edirik.

ƏLİ HƏSƏNOV QAN BAHASINA ÖZÜNƏ VİLLA TİKDİRİR
ƏLİ HƏSƏNOV QAN BAHASINA ÖZÜNƏ VİLLA TİKDİRİR
ƏLİ HƏSƏNOV QAN BAHASINA ÖZÜNƏ VİLLA TİKDİRİR
ƏLİ HƏSƏNOV QAN BAHASINA ÖZÜNƏ VİLLA TİKDİRİR

Geri qayıt