Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTDƏN İKİ İLGİNC KADR DƏYİŞİKLİYİ

HAKİMİYYƏTDƏN İKİ İLGİNC KADR DƏYİŞİKLİYİ


10-06-2013, 11:22
HAKİMİYYƏTDƏN İKİ İLGİNC KADR DƏYİŞİKLİYİ
ELÇİN ƏFƏNDİYEV VƏ HACIBALA ABUTALIBOV EYNİ GÜNDƏ VƏZİFƏDƏN GEDİR

DİA.AZ: - Redaksiyamıza hakimiyyətin yeni kadr islahatları ilə bağlı çox ilginc məlumatlar daxil olub. DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan sızan informasiyada bildirilir ki, yaxın günlərdə baş nazirin müavini Elçin Əfəndiyev və Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov eyni vaxtda vəzifələrindən alınacaq.

Mənbə iddia edir ki, Elçin Əfəndiyev sırf olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə aid olan çetenin işi ilə əlaqədar hədəfə çevrilsə də, Hacıbala Abutalıbovla bağlı məsələ tamam fərqlidir. Məlumata görə, artıq hər iki posta təyin edilcək şəxslərin kimlikləri də məlumdur.

Maraqlıdır ki, Hacıbala Abutalıbovun yerinə qardaşı Müdafiə Sənayesi Naziri postunu tutan, özü isə hazırda Şirvan rayonuna rəhbərlik edən Mərdan Camalov gətirilir. Xatırladaq ki, elə bu günə kimi yayılan xəbərlərdə də Mərdan Camalovun şanslarının kifayət qədər üstün olduğu söylənilirdi.

Elçin Əfəndiyevin yerinə isə kimin təyin olunacağı ilə bağlı dəqiq bilgilər ala bilməsək də, bu prosesdən sonra baş nazirin digər bir müavininin də vəzifəsindən uzaqlaşdırılması barədə xəbər əldə etmişik. Bu barədə araşdırmalarımız davam etdiyindən daha dolğun bilgiləri yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt