Əsas Səhifə > Şou-biznes > İLHAMƏ QULİYEVA "VARİSİNİ" ELAN ETDİ

İLHAMƏ QULİYEVA "VARİSİNİ" ELAN ETDİ


10-06-2013, 10:23
İLHAMƏ QULİYEVA "VARİSİNİ" ELAN ETDİ
"KRALİÇA RÖYADIR"

Xalq artisti İlhamə Quliyevanın titul verdiyi növbəti müğənni Röya olub.

Axşam.az-ın məlumatına görə, “Qrand 2012” mükafatlandırma mərasiminə qatılan müğənni mikrafonu götürərək, Röyanı “Şou-biznesin kraliçası” elan etdiyini deyib:
“Röyanın sənətini, özünü çox sevirəm. Bu gündən etibarən onu şou-biznesin kraliçası adlandırıram”.
Xalq artistinə təşəkkür edən Röya bu sözləri əlavə edib:
“İlhamə xanım hər adama titul vermir. Çox sağ olsun. Baxın bu adı mən demirəm, İlhamə xanım söyləyir".

Geri qayıt