Əsas Səhifə > Ölkə > KƏMALƏDDİN HEYDƏROVUN İDARƏSİ TOY-BAYRAM İÇİNDƏDİR

KƏMALƏDDİN HEYDƏROVUN İDARƏSİ TOY-BAYRAM İÇİNDƏDİR


16-12-2011, 13:01
KƏMALƏDDİN HEYDƏROVUN İDARƏSİ TOY-BAYRAM İÇİNDƏDİR

FHN-NİN 6 YAŞI TAMAM OLDU

Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında nazirliyin yaranmasının altıncı ildönümü münasibəti ilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar diləyib. Daha sonra nazir tədbirdə hesabat xarakterli çıxış edib. K. Heydərov bu il həm də Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü olduğunu xatırladıb. Nazir deyib ki, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir.

“Fövqəladə hallar orqanları qısa, lakin şərəfli yol keçib. Nazirliyin maddi-texniki bazası demək olar ki, yenidən yaradılıb”. Nazir görülən işlərlə bağlı ətraflı məlumat verib.

Daha sonra Azərbaycan prezident İlham Əliyevin FHN əməkdaşlarını təltif edilməsi haqqında sərəncamları oxunub. Həmçinin, xidmətdə fərqlənən nazirlik əməkdaşları nazir Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar.


Geri qayıt