Əsas Səhifə > Ölkə, Manşet > AĞDAMDA ŞIDIRĞI HƏRBİ BİLET ALVERİ GEDİR

AĞDAMDA ŞIDIRĞI HƏRBİ BİLET ALVERİ GEDİR


8-06-2013, 14:31
AĞDAMDA ŞIDIRĞI HƏRBİ BİLET ALVERİ GEDİR
DİA.AZ: - Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Ağdamdakı “filialı” ilə bağlı məlumatlar daxil olub. Rayondaki qaynaqlardan DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, bu gün Səfərbərlik xidmətinin Ağdam rayon şöbəsinin fəaliyyəti də bir sıra qanun pozuntuları ilə diqqəti cəlb etməkdədir.

Qeyd olunur ki, indiyədək Ağdam rayon Hərbi Komissarlığının fəaliyyətində də müşahidə olunan bütün neqativ hallar, bu gün Namiq Osmanovun rəhbərlik etdiyi şöbə üçün də xarakterikdir. Qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Bu arada unutmaq olmaz ki, Ağdamın bir hissəsinin işğalda olması faktı Səfərbərlik xidmətinin rayon şöbəsinin işindəki qanun pozuntularının daha sarsıdıcı fəsadlara yol açmasını şərtləndirir.

Kütləvi informasiya vasitələrinə təqdim olunan məlumatlarda isə vurğulanır ki, qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Məlum olduğu kimi üç uşağı olan atalar və 35 yaşına yetişən kişilər hərbi xidmətə cəlb olunmurlar. Hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud damüəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilir.

DİA.AZ-a daxil olan məlumatlarda Səfərbərlik xidmətinin Ağdam rayon şöbəsinin rəhbərliyi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi iddia olunur. Qeyd olunur ki, şöbənin rəisi Namiq Osmanov hətta pespublikada getdikcə vüsətlənən antikorrupsiya mübarizə dalğasının fonunda belə öz əməllərini səngitməmişdir. Onun rəhbərliyi altında isə şöbənin digər səlahiyyətli əməkdaşlarının bu istiqamətdə fəaliyyəti də aktivləşmişdir.

Redaksiyamıza daxil olan məlumatlara əsasən Ağdam rayonunun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir...

Geri qayıt