Əsas Səhifə > Cəmiyyət, Manşet > İRANIN İNFORMASİYA MANİPULYASİYASI

İRANIN İNFORMASİYA MANİPULYASİYASI


16-12-2011, 12:38
İRANIN İNFORMASİYA MANİPULYASİYASI

MOLLA REJİMİ RƏSMİ BAKINI TƏHDİD EDİR

İran yenə də Azərbaycana qarşı mətbu təxribatlarını davam etdirir. Bu dəfə fars-molla rejiminin «PreesTV» kanalında antiAzərbaycan ovqatlı məlumatların miqyası genişləndirilib. DİA.AZ olaraq apardığımız araşdırmalar da təsdiqləyir ki, bir neçə gün əvvəl məhz vizasının müddətinin başa çatması səbəbindən azərbaycana girişi əngəllənən İran televiziyasının Azərbaycan ofisinin rəhbəri əhməd Kazımi ilə bağlı olayı molla rejimi fərqli məqsədlərlə istifadə etməkdədir. Halbuki, Tehran dövlətinin Azərbaycandakı səfirliyi də təsdiqlədi ki, Əhməd Kazımi məhz viza ilə bağlı yaranmış problemə görə Azərbaycana buraxılmayıb.

Amma buna rəğmən molla rejimi yenə də ictimai rəydə çaşqınlıq yaratmağa çalışır və baş vermiş hüquqi problemi Azərbaycanın İrana qarşı qərəzi kimi təqdim edir. Həmin materiallardan birini olduğu kimi diqqət iizə çatdırırıq:

«Press TV beynəlxalq telekanalına müsahibə verən Əhməd Kazimi onun Bakıya girməsinə maneçilik yaratmaqda Azərbaycan Respublikasının son qeyri-münasib rəftarı barəsində deyib: Aydındır ki, hər bir ölkə tərəfindən jurnalist və yaxud media mənsublarının girişinə maneə yaratmaq azad informasiya prinsipləri ilə ziddiyyətdə olub və o ölkənin imicinə zərbə vurur.

"Azərbaycan Respublikasının son hərəkəti bu ölkə prezidentinin xüsusi nümayəndəsi cənab Əli Həsənovun Tehrana səfəri zamanında media əməkdaşlıqları sahəsində əsaslı və ümumi anlaşmalar əldə olunduqdan sonra həyata keçirildi. Bu anlaşmalara əsasən media əməkdaşlıqlarının genişləndirilməsi və media məsələlərinin araşdırılması məqsədilə müştərək komitə yaradılmalı idi. Mən də İranın nümayəndəsi kimi bu komitəyə elan olunmuşam. Buna görə də Bakının son davranışı əslində bu önəmli və əsaslı anlaşmanın pozulması mənasındadır" -deyə Əhməd Kazimi deyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev isə deyib ki, onun fikrincə, bu hadisə texniki problemlərə görə baş verib. Bu sualı cavablandıran İran Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri deyib: Bu fikir o zaman doğru olacaq ki, Bakı vaxtı keçirmək siyasəti əvəzinə tez bir zamanda öz hərəkətini islah edib əvəzini çıxsın və Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinə qarşı mövcud məhdudiyyətləri ləğv etsin. Belə olmadığı təqdirdə bu nəzəriyyə güclənir ki, ehtimal üzrə son hərəkət İran və Azərbaycan Respublikasının dostluq və qardaşlıq münasibətlərinə qarşı olan qərblilərə bağlı dairələr tərəfindən həyata keçirilib və onların məqsədi rəsmi Bakının imicinə zərbə vurmaqdır.

Azərbaycan Respublikası qarşısında milli media strategiyasının iki ölkənin dostluq və qardaşlıq ortaqlıqları və bağlarının möhkəmləndirilməsi və informasiyanın çatdırılması olduğunu bəyan edən Kazimi əlavə edib: Ötən təcrübələr göstərir ki, Tehran və Bakı münasibətlərinin inkişafı istiqamətində hər zaman addım atılarsa, qərblilərə bağlı cinah çalışır ki, onu məhv etsin. Bu dəfə də onlar son anlaşmalardan nigaran olaraq habelə, mediaların təsirli rolunu anlayaraq media əməkdaşlıqlarının inkişafına dair Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi cənab Əli Həsənovun açıqlamalarını etibarsız göstərməyə və əslində Azərbaycan Respublikası hökumətinin imicinə zərbə vurmağa çalışdılar.

İranın Azərbaycan Respublikası ilə media əməkdaşlıqlarının inkişafı üzrə müştərək komitəsindəki nümayəndəsi qeyd edib: Ümidvaram Azərbaycan tərəfi tez bir zamanda öz addımını islah edərək, İranın Bakıdakı media ofisinə qarşı həyata keçirilmiş məhdudiyyətləri ləğv edəcək və media münasibətlərinin gərginləşməsinə mane olacaq. Çünki təbiidir ki, media anlaşmalarının pozulması mövcud media proseslərinin məhv olması və qarşılıqlı geniş addımların atılması ilə nəticələnəcək.

"İranla media münasibətlərini gərginliyə çəkməkdə Azərbaycan Respublikasının addımı bu ölkənin xeyrinə deyil. Əksinə bu, İlham Əliyev hökumətini qaralamaq və devirmək strategiyasını izləmələrinə habelə, İrana qarşı separatçı funksiyalarına baxmayaraq Azərbaycan Respublikasında azad şəkildə fəaliyyət göstərən qərb ölkələrinin media nümayəndələrinin xeyrinədir. Bu mediaların fəaliyyət üçün lazımi studiya və icazələri var və indiyə qədər onlara qarşı heç bir addım atılmayıb.

Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovun son səfərinin iki ölkənin media əməkdaşlıqlarının genişləndirilməsinə zəmin yaradıb-yaratmaması ilə əlaqədar Press TV jurnalistinin sualını cavablandıran İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri deyib: İran və Azərbaycan Respublikası çoxlu dini, tarixi və mədəni ortaqlıqlara malikdir və buna görə də media əməkdaşlıqlarının genişləndirilməsi üçün çoxlu zəminləri var. Bu istiqamətdə indiyə qədər iki ölkə arasında media əməkdaşlıqları sahəsində 3 razılaşma imzalanıb.

"Mənim qənaətimcə, cənab Əli Həsənovun Tehrana səfəri zamanında səmimi və açıq-aydın müzakirələrlə və müştərək media komitəsinin təşkili üçün həyata keçirilmiş anlaşma ilə yeni anlaşmaların imzalanması və media əməkdaşlıqlarının genişlənməsi üçün çox münasib zəmin mövcuddur. İran son müzakirələrdə öz iradəsini göstərdi və ümid edirik ki, Azərbaycan tərəfi də öz son hərəkətini islah edərək, onun əvəzini çıxaraq və müstəqil qərar çıxararaq bu konstruktiv əməkdaşlıqlara zəmin yaradacaq. Xüsusilə də cənab Həsənov müzakirələr zamanı dəfələrlə media əməkdaşlıqlarının genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Qeyd etmək lazımdır ki, media əməkdaşlıqlarının genişləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovla İranın milli media rəsmilərinin Tehrandakı anlaşmalarından 4 gün keçməmiş Azərbaycan Respublikası Bakı aeroportunun məmurları cümə günü günortadan sonra İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri Əhməd Kaziminin Bakıya girişinə mane oldular.

Bu elə bir haldadır ki, Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovla İranın Teleradio Təşkilatı rəsmiləri arasında əldə olunmuş anlaşmalarla qərara alınmışdı ki, iki ölkə arasında müştərək komitə təşkil olunsun və Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri Əhməd Kazimi bu təşkilat tərəfindən İranın xüsusi nümayəndəsi kimi bu komitəyə elan olunmuşdu.

Çərşənbə axşamı günü yerli və xarici jurnalistlərlə həftəlik brifinqini təşkil edən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranın Bakıdakı Teleradio Təşkilatının Azərbaycan Respublikasına girişinin qadağan olunması ilə bağlı Bakının hərəkətindən təəccübləndiyini bildirərək ümidvarlıq edib ki, rəsmi Bakı tez bir zamanda İran İslam Respublikası Teleradio Təşkilatının Azərbaycan Respublikasındakı ofisinin müdiri ilə qeyri-münasib rəftarın islah olunması üzrə addım atacaq və onun əvəzini çıxacaq.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi Əli Həsənovun İrana səfərindən az müddət sonra Teleradio Təşkilatının Azərbaycan Respublikasındakı ofisinin müdirinə bu ölkəyə girişinə icazə verilməməsindən təəccüblənən Mehmanpərəst əlavə edib: İran-Azərbaycan münasibətləri ən yüksək səviyyədə olmalıdır. Biz müştərək tarixi, dini və mədəni köklərə malik iki qonşu ölkəyik və media əməkdaşlıqlarını məhdudlaşdırmaq əvəzinə, bu əməkdaşlığın genişləndirilməsi və yeni fürsətlərin yaradılması ardınca olmalıyıq.

Eyni zamanda İranın önəmli xəbər saytları İranın Televiziya və Radio Təşkilatının Azərbaycan Respublikasındakı ofisi müdirinin bu ölkədən çıxarılması ilə bağlı rəsmi Bakının təhqiramiz hərəkətinə geniş reaksiya verərək, Azərbaycan Respublikası hökumətinin üzr istəmədiyi və son hərəkətinə düzəliş getmədiyi təqdirdə Tehranın qətiyyətli reaksiya göstərməsini istəyiblər.

Qeyd etmək lazımdır ki, İranın Teleradio Təşkilatının Azərbaycan Respublikasının prosesləri, xüsusilə də bu ölkə xalqının islam ayinləri, o cümlədən Hüseyn Aşurasını tərəfsiz şəkildə əks etdirməsi rəsmi Bakının nigaranlığı və narazılığına səbəb olub. Bu elə bir haldadır ki, Bakı həmişə demokratiya və söz azadlığı prinsiplərinə hörmətlə yanaşdığını iddia edir.

Məlumatlı mənbələr bildiriblər ki, Tehrandakı öz media anlaşmalarının pozulmasında Azərbaycan Respublikasının hərəkəti bu ölkə ilə media münasibətlərinin gərginləşməsi ilə nəticələnəcək. Yalnız Bakının tez bir zamanda bu hərəkətini islah edəcəyi və üzr istəməklə İranın Radio və Televiziya Təşkilatının Bakıdakı ofisi və digər qurumlara qarşı mövcud məhdudiyyətləri aradan qaldıracağı surətdə bu münasibətlər davam edə bilər».

Geri qayıt