Əsas Səhifə > Gündəm, Manşet > ABBAS ABBASOV DA MİLLİ ŞURANI ALQIŞLAYIB

ABBAS ABBASOV DA MİLLİ ŞURANI ALQIŞLAYIB


7-06-2013, 17:25
ABBAS ABBASOV DA MİLLİ ŞURANI ALQIŞLAYIB
DİA.AZ: - Məlum olduğu kimi, bu gün Milli Şura təsis olunub və tanınmış kinorejissor Rüstəm İbrahəimbəyov Milli Şuraya sədr seçilib. Onu da bildirək ki, bu hadisə ölkədən kənarda da böyük rezonans yaradıb.

Avropa Azərbaycanlılarının Milli Birlik Şurası artıq öz təbriklərini yollayıb və Milli Şuranın vahid namizədini dəstəkləyəcəklərini bəyan ediblər. Əsas hadisə isə Rusiyada baş verib. DİA.AZ-a Rusiyadakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, Kremlin Azərbaycana qarşı təzyiq vasitəsi kimi düşündüyün və hələlik Azərbaycanın Rusiyadakı diaspora işinə böyük zərbə vurmaqla diqqətə gələn, eyni zamanda builki prezident seçkilərində fəallıq edəcəyi şübhə doğurmayan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) sədri, Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov da Milli Şuranın yaranmasını alqışlayıb.

Mənbə iddia edir ki, bu gün sözügedən hadisə ilə əlaqədar Abbas Abbasov Rüstəm İbrahəimbəyovu Rusiyadakı azərbaycanlılar və «Milyarderlər İttifaqı» adından təbrik edib.

Geri qayıt