Əsas Səhifə > Dünya > TALİBLƏR ÖZLƏRİNİ ASUDƏ HİSS EDİRLƏR

TALİBLƏR ÖZLƏRİNİ ASUDƏ HİSS EDİRLƏR


16-12-2011, 12:04
TALİBLƏR ÖZLƏRİNİ ASUDƏ HİSS EDİRLƏR

JURNALİSTİN MÜDHİŞ ARAŞDIRMASI

"Associated Press" agentliyinin reportyoru, fotoqrafı və videooperatoru İştiaq Məhsud Pakistanın Əfqanıstanla sərhədinin yaxınlığında, "Taliban" hərəkatının düşərgələrindən birində 6 gün keçirib.

Pakistanın Cənubi Vəziristan bölgəsindəki bu düşərgədə "talib"lər hazırlıq keçirlər və özlərini çox asudə hiss edirlər.
Halbuki Pakistanın hakimiyyət dairələri Cənubi Vəziristanın tam nəzarət altında olduğunu, "Taliban"ın orada "nəfəs almağa çətinlik çəkdiyini" bəyan edir.

Pakistandakı "Taliban" jurnalistləri qruplaşmanın lilderi Həkimullah Məhsudla görüşməyə və ondan müsahibə almağa dəvət edib. Lakin görüş son anda təxirə salındığından jurnalistlər Cənubi Vəziristandakı hazırlıq düşərgələrindən birinə aparılıblar.

"Təxminən 15 saatlıq yoldan sonra düşərgəyə çatdıq. Bələdçimiz "talib" Şəmim Məhsud idi. Oraya çatanda avtomatlar, pulemyotlar, qumbaraatan və snayper tüfəngləri ilə silahlanmış "talib"ləri bizi dövrəyə aldılar. Yaxınlıqdakı təpələrdə isə "Taliban"ın zenit topları vardı. Bir qədər sonra isə "talib"lərin hazırlıq prosesinə baxmağa başladıq", - İştiaq Məhsud bildirib.

Onun dediyinə görə, ABŞ-ın pilotsuz təyyarələrinin raketlərinə hədəf olmamaq üçün "talib"lər düşərgələrinin yerlərini tez-tez dəyişsələr də, yorğun təsir bağışlamırdılar.

"Hazırlıq zamanı gənclər bağırırdılar: "Komandir əmr edəndən sonra odun içinə də atılarıq!" Onların hazırlıqları çox ciddi, az qala peşəkar səviyyədə idi", - Məhsud deyib.


Geri qayıt