Əsas Səhifə > Hadisə > 1 VƏTƏN XAİNİ MÜƏYYƏNLƏŞİB

1 VƏTƏN XAİNİ MÜƏYYƏNLƏŞİB


16-12-2011, 11:57
1 VƏTƏN XAİNİ MÜƏYYƏNLƏŞİB

15 VƏTƏNDAŞIMIZ İSƏ SİLAHLI DƏSTƏLƏRDƏ DÖYÜŞÜB

Bu il Azərbaycan sərhədçiləri tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil dəstə zərərsizləşdirilib.

APA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində (DSX) 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qurumun rəisi, general-leytenant Elçin Quliyev bildirib. E. Quliyevin sözlərinə görə, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxs və terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 şəxs müəyyənləşdirilib.


Geri qayıt