Əsas Səhifə > Cəmiyyət, Manşet > ZAQATALADAN FHN ŞEFİNƏ SƏRT İTTİHAMLAR

ZAQATALADAN FHN ŞEFİNƏ SƏRT İTTİHAMLAR


7-06-2013, 15:30
ZAQATALADAN FHN ŞEFİNƏ SƏRT İTTİHAMLAR
KƏMALƏDDİN HEYDƏROV AĞACLARI QIRDITDIRIR

DİA.AZ: - Zaqatalada meşələr rəsmən məhv edilir. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat verib. Sakinlər bildirir ki, iki gündür rayonda zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə, abadlıq işi adı altında Zaqatalanın qədim meşə massivi rəsmən məhv edilir.

Sakinlər redaksiyamıza yazır: «Başda fövqəladə hallar nazirliyinin nümayəndələri olmaqla, bu gün Zaqatala meşələrində rəsmən «yaşıl soyqırım» həyata keçirilir. Əvvəl yerli əhali fərqinə varmırdı. İndi isə millət ayılıb görüb ki, Zaqatala meşələrində qiymətli ağaclar bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamları tərəfindən mebel sexlərinə material kimi göndərilib».

Sakinlərin sözlərinə görə, böyük meşə zolağı zəlzələdən sonra FHN-nin yüksək çinli əməkdaşları tərəfindən, nazirin göstərişi ilə məhv edilib: «Ən acınacaqlısı isə odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nə Bakıdakı başbilənləri, nə də rayondakı nümayəndələri FHN-nin meşə qətliamını durdurması imkansızdır».

Məsələ ilə əlaqədar araşdırmalara başladığımızdan daha geniş materialı gözləyin. Və faktla əlaqədar bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt