Əsas Səhifə > Ölkə, Manşet > BİR GÜNDƏ İKİ CƏBHƏDƏN İKİ CİDDİ SİQNAL

BİR GÜNDƏ İKİ CƏBHƏDƏN İKİ CİDDİ SİQNAL


7-06-2013, 13:17
BİR GÜNDƏ İKİ CƏBHƏDƏN İKİ CİDDİ SİQNAL
RUSİYA HƏM İQTİDARDA, HƏM DƏ MÜXALİFƏTDƏ “VURULDU”

DİA.AZ: - Bu gün Azərbaycan siyasəti üçün iki mühüm tədbir keçirilib. Onlardan biri hakim Yeni Azərbaycan Partiyasının qurultayı, digəri isə müxalifətin əsas hissəsinin Milli Şura adı altında toparlanması.

Bildirək ki, artıq hər iki tədbirdən mühüm qərarların verilmə xəbərləri gəlib. Belə ki, Milli Şuraya Rüstəm İbrahimbəyov sədr seçilib ki, bu da artıq bir sıra məqamlardan xəbər verməkdədir. Bu barədə az sonra...

Yeni Azərbaycan Partiyasının qurultayında isə YAP sədrinin müavinləri seçilib. YAP İdarə Heyətinin üzvləri Mehriban Əliyeva, Akif Əlizadə, Əli Əhmədov və Əli Həsənov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, Mehriban Əliyeva millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, Akif Əlizadə AMEA-nın prezidenti, Əli Əhmədov millət vəkili, Əli Həsənov isə baş nazirin müavini vəzifəsində çalışırlar.

Başlayaq, müxalifətin seçimindən. DİA.AZ az əvvəl də yaydığı məlumatında bildirdi ki, əslində Rüstəm İbrahiməyovun Milli Şuraya sədr seçilməsinə təkan verən Müsavat başqanı İsa Qəmbər özü üçün güclü rəqib kimi qəbul etdiyi tanınmış rejiossoru vahid namizəd yarışmasından kənarda qoydu. Yəni artıq İbrahəimbəyovun vəzifəsi var: O, VAHİD NAMİZƏDİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ PROSESİNƏ RƏHBƏRLİK ETMƏLİDİR… Yəni Milli Şura hakimiyyətə gələrsə, o, spiker postunu tutma ehtimalına malikdir.

Bununla Müsavat başqanı əslində, həm də Rusiyanın Azərbaycanla bağlı məxfi planlarınının bir hissəsini darmadağın etmiş oldu. Ən azından buna təşəbbüs göstərdi. Təbii ki, kimsə iddia edə bilməz ki, Milli Şuranın sədri Milli Şuranın vahid namizədi ola bilməz. Amma artıq belə bir iddiada bulunması Rüstəm İbrahəimbəyov kimi «əxlaqlı siyasət» tərəfdarının xarakterinə uyğun olmayan bir hal hesab olunur. Elə buna görə də, indidən İbrahimbəyovu zərərsizləşdirilmiş hesab etmək olar. Tək qalanı Kremlin olayları hansı şəkildə dəyərləndirib, hansı addımları atmasındadır…

YAP-ın qurultayına gəlincə isə bu tədbir də cəmiyyətə mühüm siqnallar ötürmüş oldu. Əslində Mehriban xanım Əliyevanın hakim partiyanın rəhbərliyinə gətirilməsi həm iqtidarın gələcək planlarının xarakterini ortaya qoymuş oldu, həm də bu gün hakimiyyətdə ciddi alternativ istinadgah kimi xarakterizə olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cinahının siyasətdən uzaqlaşdırılmasına bir təkan vermiş oldu.

Bununla bağlı DİA.AZ-a fikirlərini paylaşan hakimiyyət içindəki bilgili qaynaq da iddia edir ki, Heydər Əliyev Fondunun prezidentinin YAP rəhbərliyində təmsilçiliyi, eyni zamanda Əli Əhmədovun - Ramiz Mehdiyevin əsas rəqibi kimi tanınmış Əli Əhmədovun yenidən müavin kimi saxlanılması həm YAP-ın mövqelərinin yenidən gücləndirilməsidir, həm də Ramiz Mehdiyevin YAP-la bağlı planlarının ifşası.

Elə bu faktorları göz önünə alaraq demək olar ki, Rusiya həm iqtidar cinahında və həm də müxalifətdə «vuruldu». Yəni 7 iyun tarixi ruslar üçün düşərli olmadı. Gözləyək əks cavabları…

Geri qayıt