Əsas Səhifə > Ölkə, Manşet > RAFİL HÜSEYNOV BÜDCƏ PULUNU BELƏ MƏNİMSƏYİR
RAFİL HÜSEYNOV BÜDCƏ PULUNU BELƏ MƏNİMSƏYİR7-06-2013, 12:43 |
SAHİBKARLARI YENİ TALAMA METODU DİA.AZ: - Keçən ilin sentyabr ayında Masallıda folklor festivalı keçirildi. Və indi də rayon rəhbərliyi yeni festivala tədarük görməkdədir. Əslində bir əyalət rayonu üçün bu kimi tədbirlər xüsusi əhəmiyət daşıyır. Ən azından qonaqların gələcəyi bəhanəsiyl yollar təmir olunur, müəyyən abadlıq işləri həyata keçirilir. Amma Masallı sakinləri yenidən rayon rəhbərliyinin folklor tədarükündən ciddi şəkildə narazılıq edirlər. Xatırladaq ki, keçən il keçirilən festival həm də qalmaqalla diqqətə gəldi. Belə ki, lüt-üryan şəkildə rayon mərkəzində yerli əhalinin gözü qarşısında içki-məclisi təşkil edən turistlərin bu hərəkətlərinə bir neçə rayon sakininin etiraz etməsi səbəbindən onlarla Masallı gənci həbs olundu. Lakin Masallı sakinləri bu tədarükdə həbs təhlükəsinin olub-olmamasından narahat deyillər. DİA.AZ-a daxil olan müraciətlərdən aydın olur ki, rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov folklora tədarük bəhanəsi ilə yerli sahibkarlardan pul yığmaqdadır. Mənbənin söylədikləri: «Artıq rayonun bir neçə nüfuzlu iş adamına abadlıq işlərində iştirakları üçün müraciət olunub və onların hər birinə konkret ərazi həvalə olunub. Maraqlıdır ki, abadlıq işləri üçün büdcədən də pul ayrılsa da, həmin vəsaiti icra başçısı şəxsən mənimsəyib və bu işdə yerli maliyyə şöbəsi də fəal iştirak edib. Yəni artıq sahibkarlardan pul alınmır, əvəzində onlardan iş tələb olunur. İşin dövlət tərəfindən ayrılan pulu isə icra başçısının cibinə axır». Narazı sakinlərin DİA.AZ-a bildirdiklərindən o da aydın olur ki, sahibkarlardan ən az xərci çıxanı abadlıq işlərinə 5 min manat xərcləyib. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |