Əsas Səhifə > Partiya > "MİLLİ ŞURA SEÇKİDƏ UĞUR QAZANA BİLMƏYƏCƏK"

"MİLLİ ŞURA SEÇKİDƏ UĞUR QAZANA BİLMƏYƏCƏK"


7-06-2013, 11:17
"MİLLİ ŞURA SEÇKİDƏ UĞUR QAZANA BİLMƏYƏCƏK"
FAZİL MUSTAFA BELƏ DÜŞÜNÜR

"Milli Şuranın Prezident seçkilərində, ümumilikdə siyasətdə uğur qazanması mümkün deyil". Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Milli Şura yaradanların ümumi ideyaları və dünyagörüşləri fərqlidir.

“Bir araya gəlmək hələ o demək deyil ki, fəaliyyət göstərmək üçün real imkanları olacaq. Hələ belə bir ehtimal yoxdur. Çünki hələ strategiyaları, cəmiyyəti istiqamətləndirmək imkanları məhduddur. Ona görə ki, xalqın bugünkü tələblərinə uyğun realist siyasət yeritmirlər”, - o əlavə edib.

Geri qayıt