Əsas Səhifə > Dünya > ƏRDOĞANIN BAŞI DƏRDDƏN AÇILMIR

ƏRDOĞANIN BAŞI DƏRDDƏN AÇILMIR


7-06-2013, 11:08
ƏRDOĞANIN BAŞI DƏRDDƏN AÇILMIR
BU DƏFƏ AVTOBUSU QƏZAYA UĞRADI

Türkiyədə toqquşmaların davam etdiyi vaxtda Şimali Afrikaya səfərə gedən baş nazir Rəcəb Tayyip Ərdoğan ölkəsinə geri qayıdıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Atatürk Hava limanında açıqlamalar verən Ərdoğan daha sonra evinə getmək üçün avtobusa minir.

Yolboyu insanları salamlayan hökumət başçısının avtobusu təmir işləri gedən Talatpaşa Körpüsünə sürtülüb. Nəticədə avtobusun üstündən qığılcımlar çıxıb, amma avtobus yoluna davam edib.

Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Gezi Parkı hadisələri ilə baş verən zamanda ölkəni tərk etdi. O, Şimali Afrika ölkələrinə rəsmi səfərə getdiyi açıqladı. Məlumata görə, baş nazir Mərakeşdə soyuq qarşılanıb.

Belə ki, Mərakeş kralı R.T.Ərdoğanı qəbul etməkdən imtina etmişdi. Bu səbəbdən o, Mərakeş səfərini planlaşdırılan zamandan tez başa vurmalı oldu.

Geri qayıt