Əsas Səhifə > Cəmiyyət, Manşet > BORÇALIDA AZƏRBAYCAN ƏLEYHİNƏ AKSİYA

BORÇALIDA AZƏRBAYCAN ƏLEYHİNƏ AKSİYA


6-06-2013, 14:54
BORÇALIDA AZƏRBAYCAN ƏLEYHİNƏ AKSİYA
KİMLƏR TƏHRİKÇİDİR?

DİA.AZ: - Borçalıdakı etibarlı mənbələrdən daxil olan məlumata görə, Qafaqaz Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Ramazanlı son bir neçə gündə Borçalıda müxtəlif gənclərlə görüşlər keçirərək onlarda anti-Azərbaycan əhval-ruhiyyəsinin yardılması istiqamətində təbliğat aparır. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Mənbənin verdiyi əsas məlumatlardan biri isə Azərbaycan iqtidarından küskün olan Kamran Ramazanlının, Heydər Əliyevin Tiflisdəki büstünün arxasına Ermənistan bayrağının asılıb və bu halda fotosunun çəkilərək sosial şəbəklərdə yayınlanmasına gəncləri təhrik etməsidir. Mənbə təsdiq edir ki, Kamran Ramazanlı Borçalı gənclərinin miqrasiya məsələləri ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi önündə miting keçirməyə hazırlaşdırır.

Miqrasiya məsələləri ilə bağlı Azərbaycan mediasında borçalılar əlehinə ajiotaj yaratmağı öhdəliyini götürən Kamran Ramazanlı sonradan aldadıldığını başa düşərək mövqeyini əks tərəfə dəyişməyə məcbur olub. Öhdəlik qarşılığında vəd edilmiş maliyyə vəsaitinin verilməməsi Kamaran Ramazanlını “Ermənistan bayrağı” avantürasına sövq edib.

Geri qayıt