Əsas Səhifə > Ölkə, Manşet > «KONTAKT» TELEFON MAĞAZALARINDAN AYRISEÇKİLİK

«KONTAKT» TELEFON MAĞAZALARINDAN AYRISEÇKİLİK


6-06-2013, 13:11
«KONTAKT» TELEFON MAĞAZALARINDAN AYRISEÇKİLİK
NƏDƏN ƏLİLLƏR KREDİT ALA BİLMİR?

DİA.AZ: - Redaksiyamıza müraciət edən birinci qrup əlil Vüqar Fərzəliyev ölkədə əlillərə qarşı sosial ədalətsizlikdən giley-güzar edib. Müraciət müəllifi DİA.AZ-a bildirib ki, bu gün əlillər cəmiyyətdən sanki təcrid olunmuş vəziyyətdədirlər.

Narazı əlil bildirir ki, bu gün ayrı-ayrı biznes strukturları, banklar öz reklamlarında vətəndaşlara yalnız şəxsiyyət vəsiqəsi ilə, iş yerindən arayış tələb olunmadan kredit verə biləcəyini elan edirsə, bu, əslində ağ yalandır.

Vüqar Fərzəliyev konkret misal da çəkir. Onun bildirdiyinə görə, «Kontakt» telefon mağazalar şəbəkəsinin reklamında şəxsiyyət vəsiqəsi ilə, heç bir əlavə arayış tələb olunmadan kreditə telefon verə biləcəyini elan etsə də, əlillər üçün istisna hal yaradıb:

«Mən müraciət etdikdə əlil olduğumu əsas gətirərək rədd cavabı verdilər. Bu nə ayrıseçkilikdir? Əlil vətəndaş deyil?»

Onu da bildirək ki, məsələ ilə əlaqədar «Kontakt» telefon mağazaları şəbəkəsinə müraciət etdikdən. Şəbəkədən DİA.AZ-a bildirdilər ki, həqiqətən də onların yalnız şəxsiyyət vəsiqəsi ilə kredit kampaniyasında əlillər istisna hal təşkil edir. Amma nədənsə «Kontakt» nümayəndəsi bunun səbəblərini izah edə bilmədi və redaksiyamıza bildirildi ki, bu barədə indi izahat verə bilməz.

Geri qayıt