Əsas Səhifə > Ölkə > ƏHALİ İLƏ POLİS ARASINDA TOQQUŞMA

ƏHALİ İLƏ POLİS ARASINDA TOQQUŞMA


14-12-2011, 16:43
ƏHALİ İLƏ POLİS ARASINDA TOQQUŞMA

UŞAQLAR FƏHLƏLƏRİ VƏ POLİSLƏRİ DAŞA BASDI

Bakının Binəqədi rayonunda yerləşən Sulutəpə yaşayış massivində bəzi yaşayış evlərinin sökülməsinə başlanıb.

"Azadlıq" radiosunun hadisə yerində olan əməkdaşı xəbər verir ki, söküntünü Dövlət Neft Şirkətinin əməkdaşları aparır. Şirkət bəyan edir ki, bu ərazilər quruma məxsusdur və burda tikilən evlər qanunsuzdur.

Hadisə yerində çoxlu polis var. Onlar söküntüyə mane olmaq istəyən sakinləri sakitləşdirməyə çalışır.

Kaskalı və dəyənəkli polis əməkdaşları sakinlərlə evlər arasında sədd çəkir. Camaat polisə və söküntü aparan fəhlələrə daş atır.

Musavat.com əməkdaşının əldə etdiyi məlumata görə, hadisə yerində bir alay polisin olmasına baxmayaraq, onlara kömək üçün əlavə qüvvə, daxili qoşunların əsgərləri də gətirilib.


Geri qayıt