Əsas Səhifə > Siyasət, Manşet > KOOPERASİYA UNİVERSİTETİNDƏ RÜŞVƏT SKANDALI

KOOPERASİYA UNİVERSİTETİNDƏ RÜŞVƏT SKANDALI


6-06-2013, 11:29
KOOPERASİYA UNİVERSİTETİNDƏ RÜŞVƏT SKANDALI
UNİVERSİTETDƏ TƏLƏBƏLƏRİ UCDANTUTMA KƏSİBLƏR Kİ...

DİA.AZ: - Ölkədə tədris ilinin başa çatması həmişə qalmaqalları ilə diqqəti çəkib. Səbəbi isə ali təhsil ocaqlarında imtahan sessiyasının başlaması və tələbələrdən rüşvət tələb olunmasıdır.

DİA.AZ bildirir ki, bu barədə JAM.AZ xəbər yayıb. Portalın əldə etdiyi məlumatlara görə, bəzi universitetlər isə aldıqları rüşvəti leqallaşdırmaq üçün optimal yollar tapıblar. Daha doğrusu, bu dəfə fikirləşilən yola görə, Təhsil Nazirliyi hər hansı irad tuta bilməsin deyə, «optimal» variantların həyata keçirilməsinə start verilib.
Məlumatlarda deyilir ki, Kooperasiya Universitetində bu sahədə vəziyyət olduqca acınacaqlıdır. Belə ki, universitetin rəhbəri Eldar Quliyevin «kəşf» etdiyi yeni yol tələbələrin pullarını «qanuni» yolla qoparmaqdan ibarətdir. Verilən məlumatda vurğulanır ki, universitetdə 1-ci kursdan tutmuş 4-cü kursa qədər təhsil alan bütün tələbələrin əksəriyyti kəsilib. Elə qruplar var ki, orada oxuyanların hamısı kəsiliblər.
Burada məqsəd tələbələrdən pul qoparmaqdır ki, Boloniya sistemində də kəsrdən sonra bunu etmək heç də qeyri-qanuni sayılmır. Çünki bu sistemə əsasən kəsilən tələbə kəsirə görə 160 manat pul verməlidir.
Qeyd edək ki, Eldar Quliyevin bu addımı birmənalı olaraq rüşvətin leqallaşdırılmasıdır. Əks halda, universitetdə təhsil alan bütün tələbələrin kəsilməsini reallaşdırmağın heç bir adı yoxdur. Əslində, belə vəziyyətlərdə universitet rəhbərliyi barədə ölçü götürülməlidir ki, orada oxuyan uşaqların hamısı savadsızdır. Yəni, əgər bir təhsil ocağında yüzlərlə, minlərlə tələbə kəsilirsə, deməli, orada təhsilin səviyyəsi bərbaddır. Amma Eldar Quliyev də yaxşı bilir ki, kimsə ona bir söz deməyəcək. Ona görə də, pul yığmaq üçün belə bir vasitəyə əl atıb.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt