Əsas Səhifə > Dünya > CON KERRİ İRƏVAN YOLUNDA

CON KERRİ İRƏVAN YOLUNDA


6-06-2013, 11:15
CON KERRİ İRƏVAN YOLUNDA
Amerika Dövlət departamentinin katibi Con Kerri Ermənistana səfər edəcək. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, onun səfəri bu ilin sonunda planlaşdırılır. Con Kerrinin səfəri Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında reallaşacaq.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri və Amerika Dövlət Departamentinin katibi görüş zamanı əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəldiblər.

Geri qayıt