Əsas Səhifə > Şou-biznes > "CAHANDAR AĞA" EVDƏN ÇIXA BİLMİR

"CAHANDAR AĞA" EVDƏN ÇIXA BİLMİR


6-06-2013, 10:01
"CAHANDAR AĞA" EVDƏN ÇIXA BİLMİR
Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, “Dəli Kür” filmindən çoxlarının Cahandar ağa adı ilə tanıdığı aktyor Ələddin Abbasovun səhhətindən xəbər var. Bu haqda aktyorun sənət dostu, bir teatrda çalışdığı Novruz Cəfərov Milli.Az-a məlumat verib:

“Ələddin müəllim, çox təəssüf ki, evdən çıxmır, ayaqları sözünə baxmır. Teatrla nəvələri və övladları vasitəsilə əlaqə saxlayır. Tək yeriyə bilmir, haradasa 5-6 ildir ki, teatrda da çalışmır. Səhhətində elə bir ciddi problem yoxdur, sadəcə ayaqları tutulub, köməksiz gəzə bilmir. O hazırda ömür-gün yoldaşı Tamara xanımla birlikdə yaşayır. Ehtiyac olduğu halda müalicə də olunur”.

Qeyd edək ki, qocaman aktyorun 91 yaşı var. Ələddin Abbasov teatr səhnəsində unudulmaz rollarla çıxış edib. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sair bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.

Sevimli sənətkarımıza biz də uzun ömür, can sağlığı arzu edirik.

Geri qayıt