Əsas Səhifə > Şou-biznes > AYGÜN VƏ SNUP DOQDAN TƏZƏ XƏBƏR

AYGÜN VƏ SNUP DOQDAN TƏZƏ XƏBƏR


6-06-2013, 09:45
AYGÜN VƏ SNUP DOQDAN TƏZƏ XƏBƏR
Xalq artisti Aygün Kazımovanın məşhur repçi Snup Doqla birlikdə hazırladığı CD artıq hazırdır.

Axşam.az-ın məlumatına görə, burada həm onların birlikdə ifa etdiyi duet, həm də dünyanın məşhur DJ-ləri tərəfindən hazırlanan remiks və müxtəlif versiyaları yer alıb.

Aygün Kazımovanın İstanbula budəfəki səfərinin səbəbi isə albomun üzqabığı olacaq fotonun seçilməsi ilə əlaqədardır.

Qeyd edək ki, duet ortaqlarının klipi də artıq çəkilib. Xalq artisti yaxın günlərdə bütün sevənlərinə sürprizlər edəcəyini bildirib.

Geri qayıt