Əsas Səhifə > Siyasət, Manşet > “AZERSUN” HOLDİNQİN İMİŞLİDƏ ŞOK FIRILDAQLARI

“AZERSUN” HOLDİNQİN İMİŞLİDƏ ŞOK FIRILDAQLARI


6-06-2013, 09:39
“AZERSUN” HOLDİNQİN İMİŞLİDƏ ŞOK FIRILDAQLARI
ŞİRKƏTİN 30-A YAXIN QADIN İŞÇİSİNİN HƏYATI GOOZAL ÜÇÜN MARAQLI DEYİL

DİA.AZ: - Mayın 26-da Biləsuvar rayonu ərazisində baş verən avtoqəza ölkə ictimaiyyətindən gizlədilib. Buna səbəb qəzanın “Azersun holding”lə bağlılığıdır.

DİA.AZ bildirir ki, bu barədə infom.az-ı məlumatlandıran mənbə bildirir ki, hadisə “Azersun” şirkəti olan “Natural Green land”a məxsus tərəvəzçilik plantasiyasında baş verib, aşan avtomobilin içərisində isə şirkətə günəmuzd qaydada işləyən, İmişli rayonunun Aranlı kəndinin sakini olan 30-dan artıq qadın olub. Şahidlər bildirir ki, qəza baş verən kimi hadisə yerinə 3 “təcili yardım” maşını gəlib, xəsarət alanlar şirkətin tibb məntəqəsinə aparılıb. Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının da hadisə yerində olduğu deyilir.
Aldığımız bu informasiyanı dəqiqləşdirmək üçün əvvəlcə Biləsuvar rayon polis idarəsinin baş təhqiqatçısı Kərəm Rzayevlə telfon əlaqəsi saxladıq. Cənab K. Rzayev əvvəl bu barədə məlumatsız olduğunu, sonra isə “iş istintaqdadır” dedi. Polis rəsmisinin bu qeyri-ciddi cavabından və hadisə barədə danışmaq istəməməyindən hadisənin hansı şəraitdə baş verməyini, ölən və yaralananların olub-olmamağını, cinayət işinin həqiqətən açılıb-açılmadığını dəqiqləşdirmək mümkün olmadı. Qeyd edək ki, DİN və respuplika prokurorluğunun rəsmi saytlarında da bu barədə heç bir məlumat yerləşdirilməyib.

“Natural Green land”şirkətinin rəhbəri Dəniz Tuqal və onun köməkçisi Sedak Yamanla əlaqə saxlamaq cəhdlərimiz bir nəticə vermədi. Xəttin o başında özünü Günel xanım kimi təqdim edən şirkət işçisi mütəmadi zənglərimizdən sonra nəhayət bizi Emil Yusubovla calaşdırdı, sonuncu isə bu barədə heç nə deyə bilməyəcəyini və suallarımızı şirkət rəhbərliyinə çatdıracağını dedi. Lakin bundan sonra nə bizimlə əlaqə saxlayan oldu, nə də zənglərimizə cavab verən.

“Azersun holding”-in rəsmi internet səhifəsində “Natural Green land” şirkətinin 2006-cı ildən fəaliyyətə başladığı, müəssisənin Biləsuvar rayonunda 3400 hektarlıq əkinə yararsız şoran ərazidə rekultivasiya işləri apararaq, orada müxtəlif kənd təsərrüfatı məhsulları (soya, pomidor, arpa, yaşıl noxud, qarğıdalı, günəbaxan, xiyar, badımcan, bibər, patison və digər bitkilərin) yetişdirməyi, ərazidə yüzlərlə hektar nar və heyva bağları salmağı barədə məlumat yerləşdirilib. Təbii ki, bu qədər geniş spektrdə fəaliyyət üçün işçi qüvvəsi də tələb olunur. Lakin adının açıqlanmasını istəməyən mənbə bildirir ki, işçilər əmək müqaviləsi bağlanmadan işə götürülür və onlar günəmuzd qaydada (1 iş günü üçün 6 manat) işlədilir. Mənbə həmçinin bildirir ki, şirkətdə illərlə tikinti işlərində çalışmış şəxslər də əmək haqlarını zərfdə alıblar. “Buna görə bədbəxt hadisələr və istehsalat travmaları baş verərkən şirkət qeyri-rəsmi qaydada yardım göstərir və zərərçəkənlər uzunmüddətli sosial müdafiədən kənarda qalır” deyə mənbə bildirir.

Qeyd edək ki, ötən ilin dekabrında İmişli Şəkər Zavodunda 2 gəncin ölümü barədə xəbəri də ölkə telekanalları və rəsmi qurumlar gizlətmişmişdi, açılan cinayət işi üzrə istintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə heç bir məlumat verilmədi.

Geri qayıt