Əsas Səhifə > Ölkə, Manşet > AĞDAM-TƏRTƏR YOLUNDA ETİRAZ AKSİYASI KEÇİRİLDİ

AĞDAM-TƏRTƏR YOLUNDA ETİRAZ AKSİYASI KEÇİRİLDİ


5-06-2013, 13:06
AĞDAM-TƏRTƏR YOLUNDA ETİRAZ AKSİYASI KEÇİRİLDİ
SAKİNLƏR MAGİSTRAL YOLU BAĞLADI

DİA.AZ: - Elə bu dəqiqələrdə Ağdam-Tərtər yolunun Dördyol deyilən hissəsində etiraz aksiyası keçirən bir qrup məcburi köçkün ailəsi magistral yolu bağlamağa cəhd ediblər.

Məlumatı DİA.AZ-a verən rayondakı qaynaq bildirir ki, təxminən 2 saat ərzində yolu bağlı saxlayan sakinlərin aksiyası polis zorunun hesabına dağıdılıb. Hətta hadisə nəticəsində köçkünlərdən bəxilərinin xəsarət aldığı da söylənilir.

Mənbə bildirib ki, aksiya iştirakçıları əsasən əsgər valideynləri olublar və onlar orduda naməlum şəraitdə ölən əsgərlərlə bağlı aparılan istintaq işlərinin dalana dirənməsindən, qeyri-obyektiv olmasından narazılıq ediblər.

Aksiyada 200-ə yaxın məcburi köçkünün iştirak etdiyi bildirilir.

Geri qayıt