Əsas Səhifə > Dünya > AKP İQTİDARI ÜSYANÇILARI AZAD ETDİ

AKP İQTİDARI ÜSYANÇILARI AZAD ETDİ


5-06-2013, 11:15
AKP İQTİDARI ÜSYANÇILARI AZAD ETDİ
Türkiyənin İstanbul şəhərində Taksim Gəzi Parkı ilə əlaqədar meydana gələn olaylar zamanı bu şəhərdə saxlanılmış 261 nəfər artıq sərbəst buraxılıb, - “NTV”.

İstanbul Baş Prokurorluğu tərəfindən hadisələr ilə əlaqədar aparılan araşdırma çərçivəsində sorğu-sual edilən 81 nəfər sonradan elə buradanca sərbəst buraxılıb.

Bundan başqa saxlanılmış 180 nəfər də elə polis bölmələrindən sərbəst buraxılıblar. Onlardan sadəcə olaraq polis bölmələrində izahatlar alınıb.

Bəzi şübhəli şəxslərin adlarının isə artıq müəyyənləşdirildiyi bildirilir. Məhz bu şəxslər aksiyaların əsas təşkilatçılarından olsalar da onları aksiyalar saxlamaq mümkün olmayıb.

Geri qayıt