Əsas Səhifə > Şou-biznes > DEMİŞDİ BAKIYA GƏLMƏYƏCƏM...

DEMİŞDİ BAKIYA GƏLMƏYƏCƏM...


5-06-2013, 10:57
DEMİŞDİ BAKIYA GƏLMƏYƏCƏM...
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bu ay Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, model “V&V company” tərəfindən keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunub.

Günay tədbirdə digər türkiyəli məşhurlar – Ebru Şallı, Sinan Akçıl, Qurbey İrəli, Ayça Bingöllə birlikdə fəxri qonaq qismində iştirak edəcək. Gecənin aparıcıları şoumen Murad Dadaşov, Nərgiz Cəlilova, Afaq Gəncəli və müğənni Eldar Qasımov olacaq.

Qeyd edək ki, Günay Musayeva Azərbaycana sonuncu gəlişində haqqında mətbuatda çıxan yazılara əsəbiləşərək bir daha buraya qayıtmayacağını demişdi.

Geri qayıt