Əsas Səhifə > Şou-biznes > ARİF QULİYEV ALLAHA ŞÜKÜR EDİR

ARİF QULİYEV ALLAHA ŞÜKÜR EDİR


5-06-2013, 10:08
ARİF QULİYEV ALLAHA ŞÜKÜR EDİR
"TANRI İNSANLARI HƏR AN SINAYIR"

Azərbaycanın xalq artisti Arif Quliyev səhhəti barədə danışıb. O, hazırda özünü yaxşı hiss etdiyini dilə gətirib. SİA-ya açıqlama verən xalq artisti hər halında Allahdan razı olduğunu vurğulayıb: “Səhhətimin yaxşı və ya pis olmasına baxmayaraq Allahımdan razıyam. İnsanın xəstə və sağlam günü də olmalıdır. Hər şey insan üçündür. Tanrı insanları hər an sınayır. Əsas odur ki, sınaqlardan üzü ağ çıxaq”.

Qeyd edək ki, xalq artisti Arif Quliyev fevral ayının 5-də canlı yayımda səhhəti kəskin pisləşərək xəstəxanaya yerləşdirilmişdi.

Geri qayıt