Əsas Səhifə > Siyasət, Manşet > SALYAN BƏLƏDİYYƏ SƏDRİ MƏKTƏB ƏRAZİSİNİ SATIB

SALYAN BƏLƏDİYYƏ SƏDRİ MƏKTƏB ƏRAZİSİNİ SATIB


5-06-2013, 09:47
SALYAN BƏLƏDİYYƏ SƏDRİ MƏKTƏB ƏRAZİSİNİ SATIB
ÖZÜNƏ KİÇİK BİR XANƏDAN QURAN BƏLƏDİYYƏ SƏDRİNƏ KİMSƏ BATA BİLMİR

DİA.AZ: - Son günlər mətbuatda və xəbər portallarında bələdiyyə sədrlərinin işlərinə səhlənkar yanaşmaları, özbaşınalıqları, sakinləri özlərindən narazı salmaqları haqqda xəbərlər dolaşmaqdadır. Sakinləri narazı salan faktorlar ən çox yerli yersiz ərazi torpaqlarının satılması, ağacların qanunsuz şəkildə kəsilməsi, insanların hüquq və istirahətlərinin pozulması və s-dir.

Məlum məsələdir ki, kəndlərdən fərqli olaraq şəhər bələdiyyələrinin xidmət göstərmək üçün imkanları daha geniş və əlverişlidir.

DİA.AZ infom.az-a istinadən bildirir ki, Salyan şəhər bələdiyyəsidə illik gəlirinə görə respublikada heç də kasıb bir qurum olmayıb. Təəssüf ki, 1999-cu ildən bu yana fəaliyyət göstərən bələdiyənin indiyənədək rayonda gözə dəyən bir mülkiyəti belə yoxdur. Amma bu vaxta qədr gəlib getmiş üzvülərin obyekləri şəhərin mərkəzində göz oxşayır

Hal hazırda Şəhər Bələdiyyəsinin sədri Əşrəf Xanməmmədovdur.

O 2006 cı ildən bəri bu vəzivəni tutur. Onun bələdiyyə ərazisində satmadıqı yer qalmayıb. Satılan ərazilərin əksəriyyətini də yaxın qohumlarının və bələdiyyə üzvülərinin adına sənədləşdirib. Şəhərin mərkəzindəki dükanların və digər təyinatlı müxtəlif obyeklərin çoxu da bələdiyyənin sədrinə və üzvülərinə məxsusdur. Ə.Xanməmmədov dövlətə məxsun olan fond torpaqlarıni isə balıq göllərinə çevirib. Hal hazırda rayonda bayraq sancmaq üçün belə boş yer qalmayıb. Dərd burasındadır ki, ondan öncəki bələdiyyə bossları da bu qaydada işləyiblər. Ə. Xanməmmədov da başının dəstəsi ilə, özündən əvvəl başladılanan həmin ənənəyə sadiq qalaraq, elə o qaydada da çalışır.

Hazırda bələdiyyənin illik gəliri bəs qədərdir. Bu günə kimi bələdiyyənin hansısa imkansız ailəyə bircə kərə yardımda bulunmalarını eşidib bilən də yoxdur.

Iş o yerə çatıb ki, rayonun "Plasmas" yaşayış massivi sayılan ərazisində coxdan arzu edilən, hazırda isə tiklən məktəbin həyətini də müxtəlif insanlara dükan yeri olaraq satıblar. Artıq məktəbin tikintisindən sürətlə inşası aparılan obyeklər var. Vəziyyətin bu həddə gəlib çıxması, bələdiyyənin işlərin plansızlığından, həmçinin də bəlli şəxlərin maraqlarına xidmət etməsindən xəbər verir

Yeni tikilən məktəbin ərazisinin bələdiyyə tərəfindən satılması yerli sakinlər arasında ciddi narazılıqlara səbəb olub.Vəziyyətdən çıxmaq istəyən bələdiyyə sədri, bu səfər qaş düzəldmək əvəzinə gözü də vurub çıxarıb. O təhsil ocağının həyətindən torpaq verdiyi şəxslərə, yerlərin dəyişməsini təklif edərək, dükanlarını məktəbin ön hissəsindəki 5 mərtəbəli binanın ətrafında ağaclar (yaşıllıq) olan ərazidə tikə biləcəklərini bildirib.

O şəxslər də da həmin yerə daş töküb, ağacları gizlicə kəsə bilmək üçün fürsət axtarırlar.

Düyüq düşən qəsəbə sakinləri bundan ciddi narahatlıq keçirdikləri üçün inform.az-ın əməkdaşını hadisə yerinə dəvət ediblər. Yerli sakinlərin dediklərilə müşahidələrimiz, eyni zamnda çəkdiyimiz rəsmlər faktı təsdiqləyir. Qəsəbə sakini Afət Abıyev bildirir ki, yaşadığımız ərazı çoxsaylı binallarla əhatə olunub, yay aylarında istidən özümüz , uşaqlarımız evdə nəfəs ala bilmir , həyətdə əkdiyimiz tək-tük ağacların altına qaçıb, azacıq sərinlənirk, oturub qonşularla söhbətləşirik, birtəhər güzaranımızı, vaxtımızı bu ağacların altında keçiririk təssüfki artıq buna da göz dikiblər.

Məsələ ilə bağlı Səhər Bələdiyyəsinin sədri Əşrəf Xanməmmədovdan telfonla mövqe öyrəndik: "İndi demakratyadır, kim nəyi və haranı istəyir, pulunu verib, ala bilər. Ağac-filanda kəsilməyəcək narahat olmayın" -deyib, teli qapatdı. Nəzərə almaq lazımdır ki, ağac kəsilib yerində obyekt tikilməsi artıq birinci hal da deyil, hətta buna oxşar işlərdən ötəri regional ekalogiya idarəsi əməkdaşlarından, baş idarə tərəfindən töhmət alanı da olub. Hələ ki bələdiyyə sədrinə "dur" deyən də yoxdur. Yəqin ki, aidiyyətli qurumlar baş verənlərdən nəticə çıxarıb cavabdehləri tənbeh edərlər.

SALYAN BƏLƏDİYYƏ SƏDRİ MƏKTƏB ƏRAZİSİNİ SATIB
SALYAN BƏLƏDİYYƏ SƏDRİ MƏKTƏB ƏRAZİSİNİ SATIB
SALYAN BƏLƏDİYYƏ SƏDRİ MƏKTƏB ƏRAZİSİNİ SATIB
Geri qayıt