Əsas Səhifə > Ölkə, Manşet > «AĞSTAFA XANI» ƏMƏLLƏRİNİN BƏDƏLİNİ ÖDƏYƏCƏK

«AĞSTAFA XANI» ƏMƏLLƏRİNİN BƏDƏLİNİ ÖDƏYƏCƏK


4-06-2013, 13:49
«AĞSTAFA XANI» ƏMƏLLƏRİNİN BƏDƏLİNİ ÖDƏYƏCƏK
ONUNLA BƏRABƏR DAHA BİR NEÇƏ BAŞÇI HƏDƏFDƏDİR

DİA.AZ: - Keçən günlərdə adamları mətbuatı hədələyən Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu özbaşınalığının bədəlini ödəmək məcburiyyətində qala bilər. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr xəbər verib.

Xatırladaq ki, bir neçə gün əvvəl rayon icra başçısı ilə başçının birinci müavini arasında qalmaqallı olayın yaşanması barədə məlumat vermişdik. Bu məsələ ilə bağlı icra hakimiyyətinin mövqeyini öyrənmə cəhdlərimiz isə boşuna çıxmışdı. Amma çox keçmədi ki, Məhərrəm Quliyevin adamları mövqelərini öz mahiyyətlərinə uyğun şəkildə bildirdilər. Əslində özlərinə aid olan ifadələri məktublarında ünvanımıza göndərdilər ki, biz də artıq bu təhqirlərlə bağlı hüquqi araşdırmaların aparılması ilə bağlı müvafiq dövlət qurumlarına müraciət hazırlayırıq.

DİA.AZ-a daxil olan informasiyada isə qeyd olunur ki, 12 fevral müşavirəsində icra başçılarına xitabən harınlamış məmurlara qarşı sərt siyasətin yürüdüləcəyini bəyan edən dövlət başçısının birbaşa göstərişi ilə bir neçə rayonun icra başçısının fəaliyyəti ilə bağlı araşdırmalara başlanılıb.

Mənbəmiz iddia edir ki, onların sırasında Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev də var. Qeyd edək ki, Məhərrəm Quliyev Ağstafaya 2 il əvvəl təyin olunub. Və bu adamla bağlı araşdırmalar real istiqamətdə aparılarsa, o zaman Məhərrəm Quliyev elə iki ilinin tamamında Ağstafada icra başçısı karyerasını tamamlamaq zorunda qalacaq.

Geri qayıt