Əsas Səhifə > Ölkə, Manşet > İLHAM ƏLİYEV 2014-CÜ İLƏ GƏNC KOMANDA İLƏ GEDİR
İLHAM ƏLİYEV 2014-CÜ İLƏ GƏNC KOMANDA İLƏ GEDİR4-06-2013, 13:13 |
YAŞI 65-İN ÜZƏRİNDƏ OLANLAR YOLA SALINIR DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri bir çox məmurların son seçkisi olacaq. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, əsasən yaşları 65-in üzərində olan məmurlar üçün «son vida» marşı çalınacaq. Onu da bildirək ki, hazırda yaşı 65-in üzərində olan 8 əsas məmur var. Onlardan baş nazir Artur Rəsizadənin 78 yaşı, baş naziri müavini Elçin Əfəndiyevin 70 yaşı, baş nazirin müavini Abid Şərifovun 73 yaşı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 75 yaşı, energetika və sənaye naziri Natiq Əliyevin 66 yaşı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 66 yaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun 76 yaşı, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin 70 yaşı var. Məlumatı verən qaynaq iddia edir ki, adları çəkilən bütün məmurlar məhz yaş məsələsilə əlaqədar mütləq şəkildə vəzifələrini itirəcək və onların prezident seçkilərindən sonra vəzifə başında saxlanılmaları gözlənilən deyil. Bunu mənbəmiz İlham Əliyevin hakimiyyət komandasını gəncləşdirmə niyyətiylə əlaqələndirən mənbəmiz bildirdi ki, elə 37 yaşlı Mikayıl Cabbarovun təhsil naziri kimi mühüm bir posta təyin edilməsi də məhz sözügedən niyyətin təzahürü kimi qəbul edilməlidir: «Bu, bir siyasətdir və davamı olacaq». Geri qayıt |