Əsas Səhifə > Dünya > QARDAŞ TÜRKİYƏDƏ ÜSYANLARDA İLK QURBANLAR

QARDAŞ TÜRKİYƏDƏ ÜSYANLARDA İLK QURBANLAR


4-06-2013, 12:23
QARDAŞ TÜRKİYƏDƏ ÜSYANLARDA İLK QURBANLAR
Türkiyənin cənubunda Hatay əyalətində iğtişaşlar zamanı 22 yaşlı Abdulla Komert aldığı güllə yarasından xəstəxanada ölüb. Bu barədə CNN-Turk məlumat yayıb.

O, nümayişçilər dağıdılarkən odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Bu, Türkiyədə iğtişaşlar zamanı ikinci qurbandır. Bundan əvvəl İstanbulda suvuran maşının etirazçıların üzərinə sürməsi nəticəsində 20 yaşlı Mehmet Ayvalitas həlak olub.

CNN-Turk telekanalının məlumatına görə, iğtişaşlar zamanı zərər çəkənlərin sayı 3195 nəfərə çatıb. Onlardan 25-i ağır vəziyyətdədir.

Həbs olunanların sayı dəqiq məlum deyil, lakin 2 mini ötüb.

Ötən gecə Ankara və istanbul da daxil olmaqla, bir çox şəhərlərdə Ərdoğanın istefası tələbilə etiraz aksiyaları keçirilib. Paytaxtda etirazlar güclənir, gərginlik artır.

Geri qayıt