Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEVİN GEDİŞİNİ ARZULAYAN ÇOX İMİŞ
RAMİZ MEHDİYEVİN GEDİŞİNİ ARZULAYAN ÇOX İMİŞ3-06-2013, 12:59 |
SORĞUMUZUN NƏTİCƏLƏRİ BELƏ DEYİR DİA.AZ: - Neçə müddətdir ki, DİA.AZ olaraq oxucularımıza Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifə başında saxlanılmasına münasibəti öyrənən sualla müraciət edib, onların rəyini öyrənməyə çalışırq. Bildirək ki, artıq sorğumuz yekunlaşıb və nəticələrdən də aydın olur ki, böyük əksəriyyət - təbii ki, sorğumuza qatılan böyük əksəriyyət bu gün Ramiz Mehdiyevin gedişini arzulayır. Ramiz Mehdiyev vəzifəsindən alınmalıdırmı? HƏ - 2891 (76.26%) YOX - 719 (18.97%) BİLMİRƏM - 181 (4.77%) Ümumi cavab sayı: 3791 Onu da bildirək ki, DİA.AZ olaraq oxucularımıza yeni sualla da müraciət etmişik. Bu dəfə onlardan bir sıra müxalifət təşkilatlarının bəh-bəhlə yaratdıqları, sifarişinin Kremldən gəldiyi söylənilən Milli Şuraya münasibəti öyrənmək məqsədindəyik. Bilin ki, bizim sorğularda saxtakarlıq yoxdur. Necə reaksiya verirsiniz, həmin nəticələri də elan edirik… Fəal OLUN! Geri qayıt |