Əsas Səhifə > Sosial, Manşet > OMBUDSMAN ASTARADA CAMAATI BELƏ DİNLƏYİB

OMBUDSMAN ASTARADA CAMAATI BELƏ DİNLƏYİB


3-06-2013, 11:55
OMBUDSMAN ASTARADA CAMAATI BELƏ DİNLƏYİB
BAŞÇIDAN NARAZI DÜŞƏN VƏTƏNDAŞI NƏ GÖRÜŞƏ BURAXDILAR, NƏ DƏ…

DİA.AZ: - Məlum olduğu kimi, ayrı-ayrı nazirlər, dövlət qurumlarının rəhbərləri prezident seçkiləri ərəfəsində rayonlara səfər edərək, yerli əhali ilə görüşür, onların problemlərini dinləyirlər. Təbii ki, ekspertlər məlum prosesi haqlı olaraq seçkiqabağı kampaniya kimi dəyərləndirirlər və bunun davamlı olacağını şübhəyə alırlar.

Elə keçirilən görüşlərla bağlı yaranan təəssürat, görüşlərdə yaşanılan olaylar da belə deməyə əsas yaradır. Xatırladaq ki, may ayının 27-ində Azərbaycanın insan haqqları müvəkkili (ombudsman) Elmirə Süleymanova Astara rayonunda səfərdə olub. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, səfər zamanı ombudsmanla görüşə qatılacaq rayon sakinləri icra başçısı Qəzənfər Ağayev tərəfindən şəxsən seçilib. Onların böyük əksəriyyətinin narazılığı həbsxanalardan və hüquq-mühafizə orqanlarından olub. Yəni yerli icra orqanları ilə bağlı şikayəti olan kimsə Elmira Süleymanovanın qəbuluna buraxılmayıb.
OMBUDSMAN ASTARADA CAMAATI BELƏ DİNLƏYİB

Rayondan verilən məlumatda bildirilir ki, hətta icra hakimiyyətinin binası qarşısında rayon sakinlərindən biri Elmira Sülemyanovaya yaxınlaşmaq istəsə də, buna imkan verilməyib: «Bu zaman həmin şikayətçi uca səslə qışqıraraq, Elmira xanıma dərdini anlatmaq istəyib. O, bildirib ki, şikayətçi icra başçısındandır».

Mənbə bildirir ki, ola bilməzdi, ombudsman aparatının rəhbəri bu səsi eşitməsin: «Amma başçının adını eşidər-eşitməz maşınına minərək oradan uzaqlaşıb».

Geri qayıt