Əsas Səhifə > Siyasət, Manşet > «ROYALBANK»DA PULU BATANLAR ETİRAZA QALXIR

«ROYALBANK»DA PULU BATANLAR ETİRAZA QALXIR


3-06-2013, 11:30
«ROYALBANK»DA PULU BATANLAR ETİRAZA QALXIR
«İSTƏMİRİK Kİ, AKSİYALARIMIZ SİYASİLƏŞSİN, AMMA HADİSƏ SİYASİDİR»

DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup vətəndaş bu günlərdə bəyan etmişdi ki, onlar «RoyalBank»da pullarını itirmiş əmanətçilər olaraq etiraz aksiyalarına hazırlaşırlar. Bildirək ki, Mərkəzi Bank tərəfindən müflis elan edilən «RoyalBank»ın əmanətçilərinin hüquqları kobud şəkildə pozularaq, onların bank hesablarının sığorta haqqı tanınmadığından böyük miqdarda zərərə düşüblər.

Doğrudur, bu günlərdə rəsmi olaraq açıqlandı ki, «RoyalBank» əmanətçilərinin itkiləri qarşılanacaq. Amma bu da sözdə olub. DİA.AZ-a yenidən müraciət edən və özünü əmanətçilərin nümayəndəsi kimi təqdim edən Elcan Salamov bildirdi ki, gələn həftədən aksiyalara başlayırlar:

«Biz istəməzdik ki, həyata keçirəcəyimiz aksiyalar siyasiləşdirilsin. Amma hadisənin özü siyasidir. Çünki gəlirlə, mənfəətlə işləyən bir bankın günün-günorta çağı müflis elan edilməsi sırf olaraq siyasi hadisədir. Kimlərinsə xoşuna gəlmədiyindən «RoyalBank»ın kitabını bağladılar. Ona görə də biz aksiyalardan öncə bütün bankların əmanətçilərinə müraciət edəcəyik ki, ehtiyatlı olsunlar, çünki bu ölkənin bank sektoru mafiyalar tərəfindən idarə olunduğundan sabaha ümid yoxdur. Bu gün bizim başımıza gələnlər, sabah onların da başına gələ bilər».

Geri qayıt