Əsas Səhifə > Partiya > YAP-DAN TÜRKİYƏYƏ İSMARIC...
YAP-DAN TÜRKİYƏYƏ İSMARIC...3-06-2013, 11:05 |
"TÜRKİYƏ, HƏMİŞƏ SƏNİNLƏYİK" FaktXəbər-in verdiyi məlumata görə, Aəzrbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə Türkiyədə baş verən son hadisələrə münasibət bildirib. Sosial şəbəkə vasitəsi ilə öz fikirlərini açıqlayan millət vəkili bildirib: "Axırıncı bir-iki gündə Türkiyədə baş verən hadisələr Azərbaycanda hər bir kəsdə ciddi narahatçılıq doğurur. Taksim meydanında olan olaylar və sonradan ayı-ayrı şəhərlərdəki aksiyalar daima diqqətdədir. Bu məsələrdə bizlər üümumən Türkiyənin tərəfindəyik. Daxili məsələləri bu qüdrətli dövlət özü həll etmək və ən düzgün yolu seçmək iqtidarındadır. Stabilliyin yolunu özün tapacaqsan, heç kim bu məsələdə sənə məsləhət verə bilməz. Tarixən müdrik türk cəmiyyəti həmişə ortaya çıxan problemləri itkisiz və uzunmüddətli dövr üçün həll edə bilbdir. Bu gün, bütün dünyanın diqqəti böyük Atatürkün vətənində olanda, bizlər buradan qardaşlarımıza çağırış edərək deyirik: Türkiyə, qardaşımız, bütün zamanlarda səninləyik! Biz səni həmişəki kimi güclü, nüfuzlu və qüdrətli görmək istəyirik. Sənin buna gücün var, sən bunu bacarırsan. Sənin qüdrətin təksə sənə yox, bütün Şərqə, islam aləminə, bütün dünyaya lazımdır. Dəyərli oğulların bu dəfə də üzərilərinə düşən məsuliyyəti həll edə biləcəklər. Qardaşın Azərbaycanın gözləri səndədir, ürəyi səninlə döyünür, səninləyik, uğuruna sevinirik, dərdinə şərik çıxırıq. Sənin zəifləməyə ixtyarın yoxdur, bunu sənə mərd tük kişisi, ismətli türk qadını imkan verməz. Biz birlikdə güclüyük." Geri qayıt |