Əsas Səhifə > Hadisə > SUMQAYITDA DƏHŞƏTLİ İNTİHAR

SUMQAYITDA DƏHŞƏTLİ İNTİHAR


3-06-2013, 10:11
SUMQAYITDA DƏHŞƏTLİ İNTİHAR
14 YAŞLI QIZ ÖZÜNÜ 10-CU MƏƏRTƏBƏDƏN ATDI

Sumqayıt şəhərində dəhşətli intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan verilən məlumata görə, iyunun 3-nə keçən gecə 5-ci mikrorayon ev 2/59 saylı binada yaşayan 14 yaşlı Fidan Süvarova özünü 10-cu mərtəbədən atıb. Orta məktəbin 9-ci sinif şagirdi olan Fidan yerindəcə keçinib.

Məktəbli qızın özünə qəsd etməsinin səbəbi məlum deyil.

Qeyd edək ki, 3 gün əvvəl Şəmkir rayonunda məktəbli qız “Son zəng” günü özünü öldürmüşdü.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. milli.az

Geri qayıt