Əsas Səhifə > Partiya > YAP-DA RƏHBƏR DƏYİŞİKLİYİ

YAP-DA RƏHBƏR DƏYİŞİKLİYİ


13-12-2011, 15:09
YAP-DA RƏHBƏR DƏYİŞİKLİYİ

SEYFƏDDİN ƏLİYEV RAYON TƏŞKİLATINA SƏDR SEÇİLİB

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri dəyişdirilib. APA-nın partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar YAP Masallı təşkilatının VII konfransında qəbul olunub. Seyfəddin Əliyev YAP Masallı rayon təşkilatının yeni sədri seçilib.

Əvvəlki sədr Əmanət Əzizov 2011-ci ilin fevral ayında səhhəti ilə əlaqədar öz ərizəsi ilə postundan istefa verib. Həmin vaxtdan indiyədək sədr əvəzi vəzifəsini Səfalı Paşayev həyata keçirib.

Qeyd edək ki, YAP-ın Masallı rayon təşkilatının təsis konfransı 1993-cü ildə olub. Təşkilatın 8 mindən artıq üzvü var.


Geri qayıt