Əsas Səhifə > Dünya > KEÇMİŞ PREZİDENT HƏYƏCAN TƏBİLİ ÇALDI
KEÇMİŞ PREZİDENT HƏYƏCAN TƏBİLİ ÇALDI13-12-2011, 14:29 |
İRAN GÜRCÜSTANI DA VURA BİLƏR ABŞ-ın raketdən müdafiə sistemi Gürcüstanda yerləşdirilsə, ölkə böyük təhlükə qarşısında qalacaq. “Media forum” saytı xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze jurnalistlərə açıqlamasında belə deyib. Eduard Şevardnadzenin sözlərinə görə, raketdən müdafiə sistemi Qara dənizdə yerləşdirilsə, Gürcüstan İranın zərbələri altında qalacaq: “İranın məqsədi Gürcüstanı vurmaq deyil. İran Gürcüstana qarşı silah işlətmir, amma raketdən müdafiə sistemləri ölkədə yerləşdirilsə, Gürcüstan istər-istəməz bu prosesə daxil olacaq. Əgər bu məsələni mən həll etməli olsaydım, Amerikanı bu sistemi Qara dəniz zonasında yerləşdirməyə qoymazdım”. Geri qayıt |