Əsas Səhifə > Ölkə, Manşet > ELŞAD ABDULLAYEV BAKIDAN NƏ QƏDƏR PUL ÇIXARA BİLİB?

ELŞAD ABDULLAYEV BAKIDAN NƏ QƏDƏR PUL ÇIXARA BİLİB?


31-05-2013, 12:43
ELŞAD ABDULLAYEV BAKIDAN NƏ QƏDƏR PUL ÇIXARA BİLİB?
BU BARƏDƏ ŞOK RƏQƏMLƏR SÖYLƏNİLİR

DİA.AZ: - Hazırda Fransada siyasi mühacir həyatı yaşayan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin külli miqdarda pulunun olması bir faktdır. Elə onun «mənə filankəs bu qədər atdı, filankəsə bu qədər verdim, filankəs bu qədər milyonumu yedi» kimi açıqlamaları da təsdiqləyir ki, Elşad Abdullayev özünə illər ərzində əməlli-başlı sərvət toplaya bilib.

«Başqasının pulunu hesablamazlar» deyib atalar. Amma bu pulların mənşəyinin də kifayət qədər şübhəli olması faktı təsdiqləyir ki, həmin pullar əslində heç Elşad Abdullayevin də deyil. Elə zamanında keçmiş rektor bu barədə sətiraltı işarələrdə də bulunub. «Mən də mələk deyiləm» deməsiylə Elşad Abdullayev ABU-dan qazandığı milyonları rəsmiləşdirməyə rəsmən cəhd etmişdi.

DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində aydın olur ki, keçmiş rektorun sərvəti 1 milyard ABŞ dollarının üzərindədir. Hər halda, bu rəqəmlər kimlər üçünsə inandırıcı görünməə bilər. Amma mənbə israrla bildirir ki, onun ayrı-ayrı ölkələrin bank hesablarında 1 milyard ABŞ dolları həcmində nağd pulu var: «Bundan əlavə onun daşınmaz əmlakları da ciddi pula çevrilə bilər».

Geri qayıt