Əsas Səhifə > Ölkə, Manşet > İMİŞLİDƏN HÜSEYN BAĞIROVA HƏYƏCANLI XƏBƏR
İMİŞLİDƏN HÜSEYN BAĞIROVA HƏYƏCANLI XƏBƏR31-05-2013, 12:09 |
PROKUROR "YAŞIL SOYQIRIM" TƏDARÜKÜNDƏ DİA.AZ: - “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edirəm siz həmışə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız.”. Respublika prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda mərhum prezident Heydər Əliyevin dediyi bu sözlər Suraxanı rayon prokuroru Sərdar İmanovun “Respublika” qəzetinin 12 aprel 2013-cü il tarixli sayında dərc etdirdiyi “Vətənə, xalqa misilsiz sədaqət rəmzi” məqaləsində də yer alıb. İnsan və vətəndaş hüquq və azadlıqlarının, məhkəmələrdə dövlət ittihamının mütərəqqi prinsiplər əsasında müdafiə edildiyini vurğulayan müəllif, daha sonra yazır: “Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikintı meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, ən müasir yollar salınır.” Deyəsən ölkədə vüsət alan bu tikintilər Suraxanı rayon prokurorunu da həvəsə gətirib və istəyib ki, o da bu quruculuğa öz töhfəsini versin. Özü də bunu doğulduğu İmişli rayonunda etmək istəyib ki, obyektdən yaxınları fayda götürə bilsin. Amma görəndə ki, bütün boş yerlər çoxdan pay-püşk edilib, belədə Sərdar İmanov İmişli şəhərinin Heydər Əliyev prospektindəki çoxillik küknar ağacları olan sahəyə əl qoyub. Bələdiyyə mülkyyətində olan “boş” torpaq sahəsi prokurorun qardaşı- İmanov Sərvər Ezam oğlunun adına sənədləşdirilib. Artıq gələcək obyektin beton özülü qoyulub. Amma şəkildən də göründüyü kimi, yaşköküstə olan çoxillik küknar ağacları “çərçivə”yə düşüb. Gələcək tikilinin iaşə obyekti, yoxsa elə “ağaclar evi” olacağı hələlik rayon sakinlərinə məlum deyil. Bu xəbəri infom.az-a verən İmişli şəhər sakini Ağasəlim Hadıyev bildirir ki, o, İmişli bələdiyyəsinin üzvü olsa da, yerli özünüidarə etmə orqanının mülkiyyətində olan torpağın Sərvər İmanova satılması qərarından xəbərsiz olub: “Bundan o vaxt xəbər tutdum ki, artıq binanın özülü olacaq yer qazılırdı. Baxmayaraq ki, torpaq sahəsi Sərvərin adına sənədləşdirilib, amma bütün işlərə onun prokuror qardaşı rəhbərlik edir. Artıq bu barədə Prezidentə, Baş Prokurorluğa, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə şikayət etmişəm.” Qeyd edək ki, çoxsaylı ağacların məhvinə səbəb olacaq yeni tikili İmişli bələdiyyəsinin düz “ağzının içində”, İmişli Rayon İcra Hakimiyyətinin isə “qulağının dibində”dir... P.S. Yazıda adı hallanan Suraxanı rayon prokuroru Sərdar İmanovun da mövqeyini işıqlandırmağa hazırıq Geri qayıt |