Əsas Səhifə > Partiya > ADP SƏDRİ "MİLYARDERLƏR İTTİFAQI"NA QARŞI

ADP SƏDRİ "MİLYARDERLƏR İTTİFAQI"NA QARŞI


31-05-2013, 11:00
ADP SƏDRİ "MİLYARDERLƏR İTTİFAQI"NA QARŞI
“Milyarderlər İttifaqı” ilə bağlı qayğı və narahatlıqlarımız mövcuddur”. Bu sözləri Moderator.az saytına ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, Rusiyadakı azərbaycanlıların hüquqlarını qoruduqlarını iddia edən təşkilat nəinki soydaşlarımızın, hətta öz üzvlərinin hüquqlarını belə qoruya bilmir: “Biz belə hesab edirik ki, “Milyarderlər İttifaqı” yaranandan bu günə Rusiyadakı azərbaycanlıların hüquqları daha çox pozulmağa başlayıb. Hətta təşkilatda təmsil olunan milyarderlərin hüquqların sıxışdırılması prosesi geniş vüsət alıb. Onların ofislərini, əmlaklarının bir qismini əllərindən aldılar və s. Əgər bu gün həmin təşkilatın üzvləri, məsələn Telman İsmayılov öz hüquqlarını qoruya bilmirsə, o, digər azərbaycanlıların hüquqlarını necə qoruyacaq? Jirinovski terror olayları ilə bağlı müsəlmanları günahlandırdı. Amma “Milyarderlər İttifaqı” səsini çıxartmadı və demədi ki, müsəlmanlığın terrora nə dəxili? “Milyarderlər İttifaqı” ilə bağlı olayların təhlili göstərir ki, bu qurum daha çox Azərbaycandakı hadisələrə təsir etmək məqsədi ilə Rusiya tərəfindən yaradılıb”.
Geri qayıt