Əsas Səhifə > Şou-biznes > HÜLYA AVŞAR "HÜRRƏM SULTAN" OLA BİLƏR

HÜLYA AVŞAR "HÜRRƏM SULTAN" OLA BİLƏR


31-05-2013, 09:25
HÜLYA AVŞAR "HÜRRƏM SULTAN" OLA BİLƏR
Türkiyənin məşhur sənətçisi Hülya Avşar “Möhtəşəm yüzyıl”in baş rol ifaçısı Məryəm Uzərlinin serialdan ayrılmasına münasibət bildirib.

ANS PRESS-in haberler.com-a istinadən verdiyi məlumata görə, Avşar serialı çox bəyəndiyini və aktrisanın serialdan ayrılması yaxşı baxmadığını deyib: "Fikrimcə Məryəm dərhal geri dönməlidir".

Eləcə də bir çox filmlərdə çəkilmiş Hülya, adının “Hürrəm” roluna namizədlər arasında hallanmasından xəbərsiz olduğunu deyib: "Bundan xəbərim yoxdur, belə bir təklif almamışam. Amma bu baş verərsə, düşünmək lazımdır. Ümumiyyətlə bu mövsüm seriallarla bağlı dəvətlər çox oldu. Amma mən filmlərə çəkilmək istəmirəm. “Möhtəşəm yüz il” kimi uzun müddətli serialda necə tab gətirə biləcəyimi bilmirəm”.

Geri qayıt