Əsas Səhifə > Partiya > «2012-Cİ İL NƏ AZƏRBAYCAN, NƏ DƏ RUSİYA ÜÇÜN ASAN KEÇMƏYƏCƏK»

«2012-Cİ İL NƏ AZƏRBAYCAN, NƏ DƏ RUSİYA ÜÇÜN ASAN KEÇMƏYƏCƏK»


13-12-2011, 13:31
«2012-Cİ İL NƏ AZƏRBAYCAN, NƏ DƏ RUSİYA ÜÇÜN ASAN KEÇMƏYƏCƏK»

“ONLAR MƏĞLUBİYYƏTƏ MƏHKUMDURLAR”

«2012-ci il nə Azərbaycan, nə də Rusiya üçün asan keçməyəcək. Daxili narazılıqlar sürətlə artır. Azərbaycanda hər gün əhalinin böyük hissəsi belə bir qənaətə gəlir ki, dəyişiklik qaçılmazdır. Mən əminəm ki, yeni ildən etibarən yeni-yeni qruplar və təbəqələr demokratiya uğrunda mübarizəyə qoyşulacaqlar». Bu sözləri AXCP sədri Əli Kərimli REGNUM İnformasiya Agentliyinə verdiyi müsahibəsində deyib.

Kərimli bildirib ki, bu gün müxalifətin və vətəndaş cəmiyyəti üzvlərinin böyük qismi İctimai Palatada birləşib. «Dünyada baş verən qlobal demkoartikləşmə prosesi Azərbaycandakı demokratik qüvvələrə yeni ruh verir. Bu il baş verən inqilabi dəyişikliklər təsdiqlədi ki, demokratiya qlobal prosesdir və bütün dünyanı əhatə edəcək. Dünyanın bütün xalqları azadlıq, ədalət və demokratiya istəyirlər. Və onlar buna layiqdirlər».

AXCP sədri bildirib ki, bütün antidemokrtik rejimlə üçün artıq geri sayım başlayıb. «Mən antidemokrtik rejimlərin nə zaman dəyişəcəyi barədə öncədən fikir bildirə bilmərəm. Amma əminəm ki, öz xalqları ilə döyüşən, öz vətəndaşlarının qanını axıdan bu rejimlər xalqın mandatını almayanlardır və onlar məğlubiyyətə məhkumdurlar».

Antidemokrtik rejimlərin 2012-ci ildə dədəyşməsinin davam edəcəyini birmənalı olaraq vurğulayan Əli Kərimli deyib ki, avtoritar rejimlərin daha çox olduğu bizim regionda bu proses daha güclü formada baş verəcək. «Azərbaycan müxalifəti, xüsusən də şəxsən mən 2012-ci ildən yenilikləri böyük ümidlərlə gözləyirik. Bizim bu günkü vəzifəmiz cəmiyyətin müxtəlif təbəqələrini, müxalifət partiyalarını, QHT-ləri, ziyalıları, azad mətbuatı, gəncləri, internetdə aktiv olanları, yəni bütün təbəqələri birləşdirərək, onlarla birlikdə demokrtik dəyişikiyə nail olmaqdır. Bizim başlıca məqsədimiz Azərbaycanda demokrtik, dinc yolla dəyişiklik etməkdir».


Geri qayıt