Əsas Səhifə > Ölkə, Manşet > «MİLYARDERLƏR İTTİFAQI»NDAN İLGİNC ADDIM
«MİLYARDERLƏR İTTİFAQI»NDAN İLGİNC ADDIM30-05-2013, 12:34 |
22 İYUN TARİXİNDƏ DƏ CƏBHƏLƏŞMƏ GÖZLƏNİLİR DİA.AZ: - Son günlər əsas dartışılan mövzulardan biri də prezidentin ayırdığı vəsaitlə jurnalistlər üçün tikilən binadan mənzillərin verilməsilə bağlıdır. Bildirək ki, artıq mənzillərin verilməsi üçün şərtlər açıqlanıb və bu şərtlər də ortaya kifayət qədər şübhəli məqamlar çıxarmaqdadır. Elə buna görə artıq bir neçə tanınmış qələm sahibinin həmin binadan evin alınmasına etiraz etdiyi də mətbuatda xəbər kimi yer alıb. Bildirilir ki, bir qrup jurnalist evdən imtina barədə qərar verib. Bu isə vəziyyətin daha da qəlizləşməsi anlamını daşıyacaq. Bununla bağlı DİA.AZ-a daxil olan məlumat isə jurnalistlərə tikilən bina ətrafında yeni qalmaqalın yaranmasına gətirib çıxara bilər. Məlumatlı mənbələrin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, 22 iyun tarixində hökumətin jurnalistlərə ev paylamasına alekvat olaraq Kremlin sifarişi ilə Azərbaycana qarşı bir alət kimi düşünülmüş Rusiya Azərbaycan Təşkilatları İttifaqı da təşəbbüsdə bulunmaq istəyir. Mənbənin söylədikləri: «Cəmiyyətin «Milyarderlər İttifaqı» kimi tanıdığı RATİ adından 22 iyun tarixində 50 müxalifətçi jurnalistə evin verilməsi gözlənilir. Artıq bu məqsədlə həmin qurumda təmsil olunan iki tanınmış iş adamı gərəkən maliyyə vəsaitini də ayırıb». Mənbə iddia edir ki, yaxın günlərdə həmin vəsait Azərbaycana daxil olacaq: «Bundan sonra isə 50 jurnalist üçün Bakının ayrı-ayrı yerlərində mənzillərin alınması və RATİ adından 22 iyun - Milli Mətbuat Günündə verilməsi gözlənilir». Geri qayıt |