Əsas Səhifə > Sosial, Manşet > HÜSEYN BAĞIROVUN İŞÇİSİNİN “OV XƏSTƏLİYİ”

HÜSEYN BAĞIROVUN İŞÇİSİNİN “OV XƏSTƏLİYİ”


30-05-2013, 10:22
HÜSEYN BAĞIROVUN İŞÇİSİNİN “OV XƏSTƏLİYİ”
ADAM QIRMIZI KİTABLA “HESABLAŞMIR”: BAŞQA CÜR BAŞA SALANSA YOXDUR

DİA.AZ: - Eldar Şamı Dövlət Təbiət Qoruğunun direktor əvəzi Elşad Hüseynov Samux RPS-nin rəisi Akif Nəbiyevin əlindən qan ağlayır. Belə ki,təxminən 4 ay bundan əvvəl Samux RPS-nin rəisinin könlündən ov etmək keçib və Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisinə daxil olaraq orda qaban(çöl donuzu) vurmaq istəyib. Ancaq qorugun direktoru qanunu əsas gətirərək rəisə ov etməyi qadağan edir və bundan qəzəblənən rəis o gündən qabagına məqsəd qoyur ki,necə yolla olursa olsun qorugun rəisini tora salıb ondan acığını çıxsın.

DİA.AZ bildirir ki, bir müddət sonra isə o bu istəyini reallaşdırmaq üçün sifariş verir ki, direktorun avtomobili yolda bilərəkdən saxlanılsın. Bu məqsədlə Samux YPX-nin inspektoru Elşad Hüseynovun avtomaşınını saxlayaraq guya onun içkili oldugunu əsas gətirərək onu polis şöbəsinə gətirir. Şöbədə rəis inspektora deyir ki, Elşad Hüseynovun maşını içkili halda idarə etməsini və yol polisi əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərməsini protokolda qeyd etsin. YPX-nin əməkdaşı da rəisin sözundən çıxa bilmədiyi uçün Eşhad Hüseynovun uzünə durur ki,guya o həqiqətən içkili vəziyyətdə olub və YPX-nin inspektoruna muqavimət göstərib. Rəis Akif Nəbiyev ,Elşad Hüseynovdan acığını çıxmaq üçün rayonun hakimi Nizami Hümbətova deyib ki, Elşad Hüseynova 15 sutka həbs cəzası versin.

Hakim də rəisin, Elşad Hüseynova qarşı qərəzli olduğunu başa düşüb,ancaq məsələyə bir qədər başqa cür yanaşaraq onun həbs olunması haqda qərar çıxartmaq əvəzinə Elşad Hüseynovu 200 manat cərimə edir. Rəisə də bildirir ki, bu rayonda Elşad Hüseynov da rəis kimi məsul səxsdir və buna görə də rəisə, direktor əvəzi olan məmura hörmətlə yanaşmağı tövsiyyə edib. Bütün bunların da hamısı rəis Akif Nəbiyevin ürəyindən bir anlığa özünü ingilis lordlarısayağı təsəvvür edərək qoruqda qaban ovlamaq istəyindən irəli gəlib.

Mənbə bildirir ki, qoruqda qaban ovunun həsrətində olan rəis Kürun kənarında özu üçün konteyner vaqon qoyduraraq yeyib-içmək dəstgahı yaradıb.Deyilənə görə rəis Kür qıragında ,Kərpicli adlanan ərazidə PPX-nin əməkdaşlarını da əraziyə duzür ki, özu kəklik quşunu vurmagla maşğul olanda kənar şəxslər ora daxil olmasin.

Deyilənlərə görə sonuncu ovda rəis nə az,nə çox, düz 60 kəklik quşu vurub. Nəzərinizə çatdıraq ki, həmin ərazilərdə adı “Qırmızı kitaba” salınmış ceyranlar da məskunlaşıb. Yəgin ki,ov vaxti rəisin qarşısına həmin ceyranlardan çıxan olsa idi , ov həvəskarı olan rəis onlarin qırmızı kitabda oldugunu nəzərə almayaraq onları da ovlayardı.Deyilənlərə görə, ümumiyyətlə Samux RPS-nin rəisi Akif Nəbiyev, dayısı, Daxili İşlər nazirinin müavini polis general-leytenantı Əsgər Ələkbərova güvənərək Samuxda nə icra başçısını, nə hakimi ,nə də prokuroru saya salmir.

Xatırladaq ki,möhtərəm prezidentimiz İlham Əliyev ve birinci xanim Mehriban Əliyeva şəxsən özləri həmin ceyranların artırılması üçün ,Şirvan qoruğuna, bogazına xalta baglayaraq 20 –yə yaxın ceyran buraxmışdılar…

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt