Əsas Səhifə > Şou-biznes > QOLU GİPSDƏ GƏZƏN RƏQQASƏMİZ...

QOLU GİPSDƏ GƏZƏN RƏQQASƏMİZ...


30-05-2013, 09:37
QOLU GİPSDƏ GƏZƏN RƏQQASƏMİZ...
...HƏLƏ DƏ ÜMİDİNİ İTİRMİR

Milli.Az xəbər verir ki, yıxılıb qolunu sındıran və bu səbəbdən də Hindistan səfərini təxirə salmış tanınmış azərbaycanlı rəqqasə Oksana Rəsulova yaradıcılıqla bağlı planlarından əl çəkməyib.

Əməkdaşımızla söhbətində hər şeyin yaxşı olacağına ümid edən Oksana özünəməxsus müsbət emosiyalarını belə dilə gətirdi:

“Allah-Təalanın hər gününə şükr etməyi bacaran insanam. Bəlkə də, qolum sınmasaydı və mən Hindistana getsəydim, başıma başqa iş gələ bilərdi. Nə olursa, demək, məsləhət belə imiş.

Qolum gipsdə gəzsəm də, ümidlərimi itirmirəm.

Sağlamlığımı bərpa etdikdən sonra reper “Nağd Pul”la birgə çəkdirdiyimiz “Rəqs” adlı klipimizə təqdimat edəcəyik.

Bir sözlə, yaradıcılıq planlarımda heç bir geriləmə olmayacaq”.

Geri qayıt