Əsas Səhifə > Hadisə > KİMLƏR ƏFV ƏRİZƏSİ YAZIB?

KİMLƏR ƏFV ƏRİZƏSİ YAZIB?


13-12-2011, 12:22
KİMLƏR ƏFV ƏRİZƏSİ YAZIB?

“300-DƏN ÇOX MƏHBUS ƏFV ÜÇÜN MÜRACİƏT EDİB”

“Ümumilikdə bu il ərzində əfv olunmaq üçün 300-dən çox məhbus Ombudsmana müraciət edib”. APA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova deyib.

Ombudsman bildirib ki, bir çox məhkumlar elə bilir ki, törətdikləri cinayətin bir hissəsini həbsxana qalıblarsa, onlar əfv oluna bilər: “Əslində bu belə deyil. Bu qayda kompleks faktorlarla müəyyənləşir. Əfv olunacaq məhbusun cinayət əməli təkrar deyilsə və cəmiyyət üçün ciddi təhlükə yaratmırsa, bu adamların əfv olunmasında elə də problem yaranmır. Düzdür, bəzi məhkumlar qısa zamanda islah olunurlar. Bunlar qeyd edilməklə, bizə ünvanlanan müraciətlər nəzərə alınır, onların qanunauyğunluğu müzakirə edilir. Bundan sonra təkliflərimizi Prezident yanında Əfv Komissiyasına təqdim edirik”.


Geri qayıt