Əsas Səhifə > Dünya > İRANDAN DAHA BİR VƏHŞİLİK

İRANDAN DAHA BİR VƏHŞİLİK


13-12-2011, 11:58
İRANDAN DAHA BİR VƏHŞİLİK

NARKOTİK QAÇAQMALÇISINI ASDILAR

Bu gün səhər İranın Rəşt şəhərində narkotik alqı-satqısında ittiham olunan bir nəfər əhalinin gözü qarşısında edam olunub.

Məlumata əsasən, Məhəmmədrza Tall adlı şəxs külli miqdarda narkotikin alqı-satqısı və daşınması ittihamı ilə həbs olunmuşdu.

Noyabr ayında İranın Şiraz şəhərinin Adilabad həbsxanasında narkotik alqı-satqısında ittiham olunan 11 nəfər edam olunmuşdu.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.

İranın MEHR xəbər agentliyinin məlumatına görə, hazırda narkotik alış-verişi və ondan istifadə ittihamı ilə edama məhkum edilmiş şəxslərin sayı 300 nəfərdir.

Geri qayıt