Əsas Səhifə > Ölkə > SİYƏZƏNDƏ RƏSMƏN HAKİMİYYƏTSİZLİKDİR...

SİYƏZƏNDƏ RƏSMƏN HAKİMİYYƏTSİZLİKDİR...


29-05-2013, 13:05
SİYƏZƏNDƏ RƏSMƏN HAKİMİYYƏTSİZLİKDİR...
"BİLMİRİK RAYONU KİM İDARƏ EDİR"

“Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev rayonda öz qanunlarını tətbiq edir. Bilmək olmur ki, rayonun rəhbəri Arif Qasımovdur, yoxsa Zəfər Əliyev?!”. Bu sözləri Editor.az-a açıqlamasında bəlli səbəblərdən adının çəkilməsinin istəməyən rayon məmurlarından biri deyib.
Onun sözlərinə görə, Zəfər Əliyev tez-tez müxtəlif adlar altında rayondakı məmurları və sahibkarları yığaraq, onlardan pul tələb edir. O, bu pulları rayonda keçirilən müxtəlif tədbirlər və abadlıq işləri üçün yığdığını deyir. Sahibkarlar və məmurlar buna etiraz edib, baş verənlərdən icra başçısı Arif Qasımovun xəbərinin olub olmadığını soruşanda isə, “mənim deməyim kifayət etmirmi” deyə cavab verir.
Mənbə daha sonra bildirir ki, Zəfər Əliyevin əməlləri ilə bağlı icra başçısı Arif Qasımova müraciət etməyə çalışsalar da, heç bir xeyri olmur: “Zəfər Əliyev bizim icra başçısı ilə görüşümüzə imkan vermir. Bütün yollarla buna mane olaraq görüşə gedənləri təhdid edir”.
Editor.az məsələyə münasibət öyrənmək üçün Siyəzən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri, başçının müavini Etibar Hüseynovla əlaqə saxlayıb.
Portalımıza açıqlamasında E.Hüseynov ağayana və kişiyana danışmağın tərəfdarı olduğunu deyərək, ittihamların əsassız olduğunu bildirib: “Rayonda parkın abadlaşdırılması üçün yerə tamet döşənsə də, buna görə heç kimdən pul alınmayıb. Zəfər müəllim mənim direktorum olub və nəcib adamdır. Digər tərəfdən Zəfər müəllim bu səviyyənin adamı deyil”.

Geri qayıt