Əsas Səhifə > Şou-biznes > TÜNZALƏ CAZ MƏRKƏZİNDƏ

TÜNZALƏ CAZ MƏRKƏZİNDƏ


13-12-2011, 11:27
TÜNZALƏ CAZ MƏRKƏZİNDƏ

MÜĞƏNNİNİ SƏNƏT DOSTLARI MÜŞAİYƏT EDƏCƏK

2011-ci ilin ən aktiv sənətçisi və ən çox konsert iştirakçısı kimi yadda qalanlardan olan Tünzalə xanım bu dəfə Caz Mərkəzində oxuyacaq. Proqram "Tünzalənin caz dünyası" adlanır və dekabrın 23-də təqdim olunacaq. Bu xəbəri onun prodüseri Yalçın Cabbarov Milli.Az xəbər portalına verib.

Adından göründüyü kimi, əməkdar artistin repertuarını məşhur hitləri, klassik bəstəkar mahnıları və eyni zamanda caz ifaları bəzəyib. Buraya dünya hitləri də daxildir. Bu proqram Nyu-York, Vaşinqton, Vyana, Praqa, Brüssel və Harlem şəhərlərində səslənib.

Qeyd edək ki, müğənnini konsertində Eyvaz Həşimov, Fuad Cəfər, Rövşən Yusifov, Kamran Kərimov, Yusif Əzizov, Teymur Abdullayev, Dəyanət Məmmədov və digər musiqiçilər müşayiət edəcəklər.


Geri qayıt